16:05 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (322)
2701

Həmin şəxslər də daxil olmaqla 7 nəfər məclis iştirakçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilib

BAKI, 2 avqust — Sputnik. Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, avqust ayının 1-də BPİ-yə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirliməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıblar. Mərasim iştirakçıları saxlanılaraq Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinə gətiriliblər.

© AR Ministry of Internal Affairs
Gəncədə evdə gizli nişan mərasimi

Bölmədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, şəhər sakinləri Bəxtiyar Kərimov və Yaşar Səfərov əvvəlcədən danışaraq nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.

© AR Ministry of Internal Affairs
Gəncədə evdə gizli nişan mərasimində saxlanılan şəxslər

Həmin şəxslər də daxil olmaqla 7 nəfər məclis iştirakçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Polis əməkdaşları onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildiriblər ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (322)

Əlaqədar

“Bakı bu axşam” pis bitdi, polis otağında başa çatdı
Hər kəsi düşündürən yolların açılmasıdır: qərar nə zaman olacaq?
Oğlunun hərbi xidmətdən qayıtmasına sevinən atanı peşman etdilər
Şəmkirdəki toyun "səsi" hələ indi çıxır
Qaydaları pozaraq idman edənlər cəzalanıb

Əsas mövzular