CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki könül bir olsun, amma belə olmasın - FOTO

© AFP 2024 / MIGUEL MEDINA Обручальные кольца, фото из архива
 Обручальные кольца, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin şəxslər də daxil olmaqla 7 nəfər məclis iştirakçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilib

BAKI, 2 avqust — Sputnik. Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, avqust ayının 1-də BPİ-yə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirliməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıblar. Mərasim iştirakçıları saxlanılaraq Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinə gətiriliblər.

© AR Ministry of Internal AffairsGəncədə evdə gizli nişan mərasimi
İki könül bir olsun, amma belə olmasın - FOTO - Sputnik Azərbaycan
Gəncədə evdə gizli nişan mərasimi

Bölmədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, şəhər sakinləri Bəxtiyar Kərimov və Yaşar Səfərov əvvəlcədən danışaraq nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.

© AR Ministry of Internal AffairsGəncədə evdə gizli nişan mərasimində saxlanılan şəxslər
İki könül bir olsun, amma belə olmasın - FOTO - Sputnik Azərbaycan
Gəncədə evdə gizli nişan mərasimində saxlanılan şəxslər

Həmin şəxslər də daxil olmaqla 7 nəfər məclis iştirakçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Polis əməkdaşları onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildiriblər ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

Xəbər lenti
0