CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bölgələr və Bakı üzrə yoluxma faizi açıqlandı

© AFP 2023 / LUIS ROBAYOОбразцы крови для анализа COVID-19, фото из архива
Образцы крови для анализа COVID-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeron 16,3 faiz, Gəncə-Qazax 8,4 faiz, Aran 7,5%, Lənkəran 5,8 %, Quba-Xaçmaz 1,6 %, Şəki-Zaqatala 1,4%, Yuxarı Qarabağ 1,1%, Dağlıq Şirvan 1,2% təşkil edir. Yoluxmanın 1,3 %-i xaricdən gələnlərdə aşkarlanıb.

BAKI, 3 iyul – Sputnik. Koronavirusa ümumi yoluxmanın 55,1 faizi Bakıya düşür.

Баку после смягчения карантина - Sputnik Azərbaycan
Təsdiq olundu! Maska koronavirusa yoluxma ehtimalını bu qədər azaldırmış

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Abşeron 16,3 faiz, Gəncə-Qazax 8,4 faiz, Aran 7,5%, Lənkəran 5,8 %, Quba-Xaçmaz 1,6 %, Şəki-Zaqatala 1,4%, Yuxarı Qarabağ 1,1%, Dağlıq Şirvan 1,2% təşkil edir. Yoluxmanın 1,3 %-i xaricdən gələnlərdə aşkarlanıb.

Bakının rayonları üzrə də koronavirusa yoluxma statistikası açıqlanıb.

Ramin Bayramlı bildirib ki, ən çox yoluxma Binəqədi rayonundadır: “Binəqədidə yoluxma halları 12.8 faiz, Yasamalda 12.4 faiz, Xətaidə 11.9 faiz, Sabunçuda 11.8 faiz, Nəsimidə 10.4 faizdir. Qeyd edim ki, son günlər Nəsimi rayonunda yoluxma sayında artım müşahidə olunur. Nərimanovda 8.8 faiz, Suraxanıda 8.7 faiz, Nizamidə 8.2 faiz, Qaradağda 5.7 faiz, Səbaildə 4.7 faiz, Xəzər rayonunda 4.2 faiz, Piallahıda  0.3 faiz təşkil edib".

Xəbər lenti
0