CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İyirmi qəpiklik fərq minlərlə manat ziyana sala bilər: "Aİ-92", yoxsa "Aİ-95" dilemması

© Sputnik / Murad OrujovАвтомобильная заправочная станция в Баку
Автомобильная заправочная станция в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Məsələn, "Jiquli"yə və ya İran maşınına "Aİ-95" markalı benzin tökülsə ziyandır. Burada avtomobilin hansı ildə istehsal edilmə məsələsi yoxdur".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. Azərbaycanda mayın 1-dən ''Aİ-95'' markalı yanacaq daha 10 qəpik ucuzlaşaraq bir litri 1 manat 10 qəpik olub. "Aİ-95" markalı yanacağın qiyməti martın 13-də 1 manat 50 qəpikdən 1 manat 20 qəpiyə düşmüşdü. Hazırda "Aİ-92" markalı benzinin l litrinin qiyməti isə 90 qəpikdir. Artıq ''Aİ-95'' ilə "Aİ-92" markalı benzininin qiyməti arasında 20 qəpik fərq var.

İnfoqrafika: yanacağın qiyməti - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Bir litr benzin neçəyədir: müxtəlif ölkələrdə qiymətlər

Bəzi sürücülər 20 qəpiklik fərqə görə qənaət etdiklərini düşünürlər. Bəzi sürücülər isə ''Aİ-95'' markalı yanacaqdan istifadə etməkdə tərəddüd edirlər. Bəs, görəsən mütəxəssislər bu barədə nə deyirlər? Sürücülər hansı yanacağa üstünlük verməlidirlər?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyib ki, hər bir avtomobilin texniki pasportu olur: "Həmin texniki pasportda yazılır ki, hansı yanacaqdan və hansı yağdan istifadə edilməlidir. Əgər texniki pasportda yazılmayan yanacaq və yağdan istifadə edilirsə, zavod buna qarantiya vermir. ''Aİ-95'' yüksək oktanlı benzin hesab edilir. 2014-cü ildən etibarən Avropada heç bir avtomobil aşağı oktanlı benzin ilə istehsal edilmir. 1992-ci ildən etibarən dünyada ekoloji mühitin yaxşılaşdırılması məqsədilə avtomobil mühərriklərindən atmosferə atılan zəhərli maddələrin miqdarını tənzimləmək üçün bütün nəqliyyat vasitələrini xarakterizə edən ekoloji standartların tətbiqinə start verilib. Avtomobillər tərəfindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması ilə səciyyələnən 6 növ "Avro" standartı var. Standartın adında göstərilən nömrə (1, 2, 3, 4, 5 və 6) nə qədər yüksək olarsa, həmin standartların tələblərinə cavab verən avtomobilin istismar zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarı bir o qədər azdır".

"Digər tərəfdən, son 5 ildə istehsal edilən Amerika və Yaponiya avtomobilləri Azərbaycana gətirilən zaman onların texniki pasportunda qeyd edilir ki, "Aİ-95" markalı benzindən istifadə edilməlidir. Bu, digər keçmiş Sovet ölkələrinə də şamil edilir, yəni son 5 ildə istehsal edilən Amerika və Yaponiya avtomobilləri həmin ölkələrə də idxal edilən zaman "Aİ-95" markalı benzindən istifadə olunmalıdır" – deyə ekspert qeyd edib.

Bəzi sürücülərin yüksək oktanlı benzinin avtomobilə ziyan verə biləcəyini düşünməsinə münasibət bildirən ekspert deyib ki, məsələn, "Jiquli"yə və ya İran maşınına "Aİ-95" markalı benzin tökülsə ziyandır: "Burada avtomobilin hansı ildə istehsal edilmə məsələsi yoxdur. Məsələn, "Jiquli" 1970-ci ildən 2000-ci ilədək istehsal edilib. Avtomobilin istehsal ilindən asılı olmayaraq onun texniki pasportuna baxmaq lazımdır. Həmin texniki pasporta hansı yanacaqdan istifadə edilməsi yazılır. 

Rayonlararası postlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Havayı yerə benzin sərf etməyin: qaytaracaqlar
Məsələn, 1980-ci ilə qədər istehsal edilən "Qaz 24" avtomobillərinin texniki pasportunda "Aİ-80" markalı benzin yazılıb. Amma 1960-cı illərin axırında istehsal edilən "Qaz 24" avtomobillərinin texniki pasportunda isə "Aİ-76" markalı benzin yazılmışdı. 1980-ci ildən sonra isə "Aİ-92"yə keçdilər".

"İndi ölkəyə gətirilən bahalı avtomobillərə "Aİ-95" əvəzinə "Aİ-92" markalı benzin tökülsə, dərhal indikator yanacaq və avtomobil getməyəcək" – deyə o əlavə edib.

Avtomobil ustası Vüsal Mehdiyev isə Sputnik Azərbaycan-a deyib ki, sürücülər "Aİ-95" markalı benzinə üstünlük verməlidirlər: "Amma qiymət fərqinə görə bir çox sürücü bu növ yanacaqdan istifadə etmək istəmir. İstehsal ili aşağı olanlara "Aİ-92" markalı benzin gedir. Yeni istehsal edilən avtomobillərin hamısında "Aİ-95", "Aİ-98" markalı benzinlərdən istifadə edilir. Sürücülər "Aİ-95" markalı benzindən istifadə edərsə, avtomobilin yanacaqla əlaqədar olan detalların istifadə müddəti də uzanır. "Aİ-92"dən istifadə zamanı isə avtomobilin bəzi detalları sıradan çıxır. Ümumiyyətlə, Almaniya, Yaponiya istehsalı olan avtomobillərdə ancaq zəruri hallarda (yolda qalanda və s.) "Aİ-92"dən istifadə etmək olar".

Xəbər lenti
0