18:59 02 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
159 0 0

Jurnalistlər in 24 saat fəaliyyət göstərmək, mağaza, aptek, bank və s. yerlərə getmək icazəsi var, bunun üçün SMS vasitəsilə icazə almağa ehtiyac yoxdur.

BAKI, 3 aprel — Sputnik. Kütləvi informasiya vasitələrinin, fasiləsiz fəaliyyət göstərən obyektlərin və müəssisələrin əməkdaşları, habelə müvafiq məlumatları "icaze.e-gov.az" portalına daxil edilmiş şəxslər ərzaq və digər gündəlik tələbat mallarını, dərman vasitələrini almaq üçün 8103 nömrəsinə SMS ilə müraciət etməlidirlərmi?

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi KİV-in narahatlığına səbəb olan məsələyə aydınlıq gətirib.

Bildirilib ki, fəaliyyətinə icazə verilən qurumların əməkdaşları, o cümlədən jurnalistlərin 24 saat fəaliyyət göstərmək, mağaza, aptek, bank və s. yerlərə getmək icazəsi var, bunun üçün SMS vasitəsilə icazə almağa ehtiyac yoxdur.

Əsas mövzular