BAKI, 3 aprel — Sputnik. Kütləvi informasiya vasitələrinin, fasiləsiz fəaliyyət göstərən obyektlərin və müəssisələrin əməkdaşları, habelə müvafiq məlumatları "icaze.e-gov.az" portalına daxil edilmiş şəxslər ərzaq və digər gündəlik tələbat mallarını, dərman vasitələrini almaq üçün 8103 nömrəsinə SMS ilə müraciət etməlidirlərmi?
Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi KİV-in narahatlığına səbəb olan məsələyə aydınlıq gətirib.
Bildirilib ki, fəaliyyətinə icazə verilən qurumların əməkdaşları, o cümlədən jurnalistlərin 24 saat fəaliyyət göstərmək, mağaza, aptek, bank və s. yerlərə getmək icazəsi var, bunun üçün SMS vasitəsilə icazə almağa ehtiyac yoxdur.