05:40 02 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
741 0 0

"Vətəndaşları ərzaq məhsullarının satışı obyektlərində tətbiq olunmuş koronavirusla bağlı xüsusi rejimə əməl etməyə, virusdan qorunmaq üçün tələb olunan metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırırıq" - AQTA

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. Koronavirus pandemiyasının yayıldığı bu günlərdə hamının bacardığı qədər qorunmağa çalışmasına baxmayaraq, paytaxtın bəzi ərazilərində açıq çörək satışı həyata keçirilir. Bəzi yerlərdə hətta çörəyin antisanitar şəraitdə saxlanmasının da şahidi ola bilərik. Un məmulatlarının, eləcə də çörəyin açıq satılması, alıcıların bu məhsullarla əllə ağıq təmasda olması koronavirusun yayılması təhlükəsini yaradır.

Bəs bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hansı işlər görülür?

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, xüsusi karantin rejimi ilə bağlı ərzaq məhsullarının satışı məntəqələrində monitorinqlər davam etdirilir: "AQTA əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı monitorinqlər keçirir. Eyni zamanda bu tədbirlər çərçivəsində  qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan əməkdaşların maarifləndirilməsi işlərini görürük. Bunadək sahibkarlar arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib. Onlara termiki emal olunmadan və təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının xüsusi yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib. Eləcə də qida məhsullarının daşınması və saxlanılması qaydalarına əməl olunması ilə bağlı ərzaq məhsullarının satışı ilə məşğul olan ticarət müəssisələrinin sahiblərinə məlumat verilib ki, daşınması qaydalara uyğun şəkildə həyata keçirilməyən qida məhsulları, xüsusilə çörək, digər un məmulatları, qənnadı məmulatlarını satış şəbəkələrinə daxil etməsinlər".

© Sputnik / Nigar Iskanderova.
Bakıda marketdə açıq şəkildə çörək satışı

"Qeyd edək ki, agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq  sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub. Maarifləndrimə tədbirləri çərçivəsində bu günlərdə respublikamızın bütün bölgələrində, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqlərində AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları da ərzaq satışı məntəqələrində quraşdırılıb. Biz bir daha vətəndaşları ərzaq məhsullarının satışı obyektlərində tətbiq olunmuş koronavirusla bağlı xüsusi rejimə əməl etməyə, virusdan qorunmaq üçün tələb olunan metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırırıq", - deyə verilən məlumatda bildirilib.

Əsas mövzular