18:52 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
19 0 0

"Azərişıq" tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər hazırda onlayn şəkildə davam etdirilir

BAKI, 25 mart — Sputnik. Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində "Abonentlərin nəzərinə, xəbərdarlıq: İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərə elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq" tipli, ünvanı məlum olmayan elanlara rast gəlinir.

"Azərişıq" ASC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yayılan elanların quruma heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.

Həmçinin bildirilib ki, "Azərişıq" tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin mətbuat xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.

Əsas mövzular