CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müddətli qulluq keçən əsgərlərin ehtiyata buraxılacağı vaxt açıqlandı

© Photo : Facebook / Vugar İbadovƏsgərlər, arxiv şəkli
Əsgərlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata  buraxılması ilə bağlı son günlər sosial şəbəkələrdə aparılan əsassız müzakirələr əsgər valideynlərinin narahatlığına səbəb olub

BAKI, 23 mart — Sputnik. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması məsələsinə aydınlıq gətirilib.

Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən verilən məlumata görə, müddətli həqiqi hərbi xidmət keçən əsgərlərin ehtiyata buraxılması ilə bağlı son günlər sosial şəbəkələrdə aparılan əsassız müzakirələr əsgər valideynlərinin narahatlığına səbəb olub. Bunları nəzərə alaraq, Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.

Xəbər lenti
0