BAKI, 23 mart — Sputnik. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması məsələsinə aydınlıq gətirilib.
Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən verilən məlumata görə, müddətli həqiqi hərbi xidmət keçən əsgərlərin ehtiyata buraxılması ilə bağlı son günlər sosial şəbəkələrdə aparılan əsassız müzakirələr əsgər valideynlərinin narahatlığına səbəb olub. Bunları nəzərə alaraq, Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.