05:52 06 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
29 0 0

İclasda pandemiyanın və bundan irəli gələn nəticələrin məşğulluq məsələlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər planının layihəsi müzakirə olunub.

BAKI, 22 mart — Sputnik. Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, S.Babayev qeyd olunan pandemiyanın qarşısının alınması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan, əhalinin infeksiyadan qorunmasına, habelə dünya iqtisadiyyatına ciddi zərbə vuran bu pandemiyanın milli iqtisadiyyata neqativ təsirlərinin azaldılmasına yönələn kompleks tədbirləri diqqətə çatdırıb.

Nazir bu tədbirlərin əsas prioritetlərindən birinin pandemiyanın milli iqtisadiyyata ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli olduğunu vurğulayıb.

İclasda pandemiyanın və bundan irəli gələn nəticələrin məşğulluq məsələlərinə mənfi təsirinin  azaldılması ilə bağlı Tədbirlər planının layihəsi müzakirə olunub.

Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin son durumu açıqlandı

Eyni zamanda işəgötürənlər tərəfindən indiki şəraitdə işçilərin sayının əsassız azaldılmasının qarşısının alınmasının vacibliyi vurğulanıb, bu məqsədlə fəaliyyət mexanizmlərinin geniş müzakirəsi aparılıb.

Bununla əlaqədar İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından işəgötürənlərin nəzərinə (“Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə) müvafiq məzmunda Bildirişin çatdırılması qərara alınıb.

Qeyd edək ki, İşçi Qrupun üzvləri sırasına Dövlət Miqrasiya Xidmətinin rəisi, İqtisadiyyat nazirinin müavini, Maliyyə nazirinin müavini, Daxili İşlər nazirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini,  Dövlət Statistika Komitəsi sədrinin müavini, Mərkəzi Bankın sədrinin müavini, Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri daxildir.

Əsas mövzular

  • Bakıda COVİD-19 yazısı olan tablo

    Karantinin mövcudluğu sadəcə bir problemi həll edir. Yəni, evində yüngül keçirən keçirir, ağır vəziyyətdə olanlar isə xəstəxanada yardım edilmək imkanı yaranır.

    1321
  • Süni nəfəs aparatına qoşulmuş şəxs, arxiv şəkli

    1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib: 

    1998
  • Yasamal rayonu ərazisində dezinfeksiya işləri

    "İşimi sevərək görürəm. Ümidlərim böyükdür, düşünürəm ki, tezliklə bu virusdan yaxa qurtara biləcəyik. Hər kəsi evdə qalmağa, zərurət olmadan evdən çıxmamağa səsləyirik. Biz də sizin üçün işləyirik" - Vəsilə Rəhimova

    1062