BAKI, 21 mart — Sputnik. Koronavirus xəstəliyinə yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər.
Sputnik Azərbaycan-ım məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bilgi yayıb. ÜST-nin məlumatında bildirilir ki, COVID‑19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər.
Bu, damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir.
Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə də düşür.
İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər.
Bu səbəbdən xəstələnmiş şəxslə 1 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir.
Qeyd edək ki, dünyada artıq dünyada 300 mindən çox şəxs koronavirusa yoluxub və indiyədək 11 184 ölüm faktı qeydə alınıb.
Ən çox ölüm və yoluxma halları Avropa bölgəsində qeydə alınıb.