CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artıq tamah baş yarmır - Tərəzinin bir gözündə puldur, digərində isə xəstələnmək qorxusu

© REUTERS / BRIAN SNYDERMedical personnel swab an employee’s nose at a drive-through testing site for coronavirus for employees at UW Medical Center Northwest in Seattle, Washington
Medical personnel swab an employee’s nose at a drive-through testing site for coronavirus for employees at UW Medical Center Northwest in Seattle, Washington - Sputnik Azərbaycan
Abunə olmaq
"Mənzil sahiblərindən hansı ilə əlaqə saxlayırıq, "daş atıb, başını tutur". Qəti şəkildə evi kirayə vermirlər. Deyirlər o çıxandan sonra gərək dezinfeksiya edək".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Koronavirusun ölkəmizdə də yayılması bir sıra sahələrə olduğu kimi kirayə mənzil bazarına da təsirsiz ötüşməyib. Mənzillərin alqı-satqısı, eləcə də kirayəsi ilə məşğul olan ofislər Azərbaycanda koronavirus qeydə alınandan mənzil sahiblərinin öz evlərini əcnəbilərə kirayə verməkdən çəkindiklərindən gileylənirlər.

Əldə telefon, arxiv şəkli - Sputnik Azərbaycan
Daha bir səfirliyimizdə koronavirusla əlaqədar “qaynar xətt” yaradılıb

Uzun illərdir paytaxtda mənzillərin kirayə verilməsində vasitəçilik göstərən Təyyar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus kirayə mənzil bazarından da yan keçməyib. T.Orucov deyir ki, son həftələr əsasən əcnəbilərə kirayə verilən həm sutkalıq, həmçinin də aylıq mənzillərin kirayəsində problemlər yaranıb: "Şəhərin mərkəzində kirayə mənzilləri əsasən əcnəbilər götürürdü. Amma son həftələr mənzil sahibləri xüsusilə Çin, İran vətəndaşlarına evlərini kirayə vermək istəmirlər. Baxmayaraq ki, əcnəbi vətəndaşların kirayə mənzillərə tələbatı da azalıb. Bəzi ölkələrlə sərhədlər bağlandığından onsuz da xarici vətəndaşlar arasında kirayə mənzil üçün müraciət edənlər çox azdır. Olanlara isə ev sahibləri kirayə verməkdən imtina edir. Ötən həftə bizə müraciət edən İran vətəndaşına hələ kirayə ev tapa bilməmişik. Mənzil sahiblərindən hansı ilə əlaqə saxlayırıq, "daş atıb, başını tutur". Qəti şəkildə evi kirayə vermirlər. Deyirlər o çıxandan sonra gərək dezinfeksiya edək. Bəziləri də karantinə alınacağından qorxur. Biz də hələlik gözləyirik”.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə hallar kütləvi olmasa da, müşahidə olunur: "Xüsusən son həftələrdə xarici ölkə vətəndaşları ilə kontaktda olmaqdan insanlar çəkinirlər. Bu mənzillərini kirayə verən şəxslərə də aiddir. Şəhərin mərkəzində sutkalıq mənzilləri kirayə götürənlər əsasən əcnəbilərdir. Çünki belə mənzillər otellərdən ucuz başa gəlir. Son həftələr belə mənzillərə tələbat azalıb. Bəzən ev sahibləri xarici vətəndaşı kirayə götürmək istəmir. İran, Körfəz ölkələrindən gələn vətəndaşlarla bağlı bu problem elə virus yayılmazdan öncə də vardı. Çünki, ərəblər yaşadıqları evi natəmiz saxlayır, bu da ev sahibini əlavə xərcə salırdı. İndi virusun yayılması bu narahatlığı bir az da artırıb".

Человек в маске рядом с нефтяными качалками, фото из архива - Sputnik Azərbaycan
Koronavirus nefti vurur – qiymətlər yenə düşdü

Ekspert bununla belə yaranmış problemin kirayə mənzil bazarına belə tezliklə təsir edəcəyini düşünmür: "Köhnə kirayə mənzil fondu əhəmiyyətli dərəcədə azalıb. Bakıda ucuz kirayə evlər əsasən köhnə tikililərdə idi. Onların sökülməsindən sonra kirayə mənzil bazarında tələb əvvəlki kimi qalsa da, təklif azalıb. Yeni tikililərdə mənzillər kirayə üçün daha baha təklif olunur. Bu da kirayə mənzil bazarında qiymətlərin bahalaşmasına gətirib çıxardıb. Odur ki, virusla bağlı yaranmış problemlərin kirayə mənzil bazarında qiymətlərə tezliklə təsir edəcəyi inandırıcı deyil".

Xəbər lenti
0