BAKI, 16 mart — Sputnik. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Malayziyadakı səfirliyi Azərbaycan vətəndaşları üçün 24 saat açıq olan “qaynar xətt” yaradıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
“COVID-19" pandemiyası ilə əlaqədar suallarınız olduğu təqdirdə Malayziyadakı səfirliyimizlə aşağıdakı telefon nömrələri vasitəsilə əlaqə saxlamağınız xahiş olunur: Mob: +60172398963 (qaynar xətt) İş: +60342526800”, - diplomatik nümayəndəlikdən bildirilib.
“Qaynar xətt” səfirliyin akkreditə olunduğu ölkələrdə (Malayziya ilə yanaşı, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda) yaşayan və müvəqqəti səfərdə olan azərbaycanlılara şamil edilir.