CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhəddə xüsusi dəhliz yaradıldı

© Photo : REPORT Астаринский таможенно-пропускной пункт
 Астаринский таможенно-пропускной пункт - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlıların Gürcüstan istiqamətdə, əcnəbi vətəndaşların isə Gürcüstandan ölkəmizə girişinə müvəqqəti qadağa qoyulub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan   

BAKI, 14 mart — Sputnik. Azərbaycan-Gürcüstan sərhədində xüsusi dəhliz yaradılıb. Sputnik Azərbaycan-a bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Витрины в супермаркете, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Koronavirus qorxusu - Marketlərdə ərzaq necə satılacaq?

Onun sözlərinə görə, dəhliz vasitəsi ilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıda biləcək: “Ötən gecə saat 01-dən etibarən Azərbaycanla Gürcüstan arasında bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Həmçinin Gürcüstana gedən avtobuslara müvəqqəti məhdudiyyət qoyulub. Azərbaycanlıların həmin istiqamətdə, əcnəbi vətəndaşların isə Gürcüstandan ölkəmizə girişinə müvəqqəti qadağa qoyulub. Hazırda sərhəddə hər iki ölkə vətəndaşlarının öz ölkələrinə qayıtması üçün müvəqqəti dəhliz yaradılıb”.

N.Allahyarova yük daşımaları haqqında da məlumat verib. Bildirib ki, yük daşımaları üçün də tranzit dəhliz təmin olunub.

Xəbər lenti
0