CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus qorxusu - Marketlərdə ərzaq necə satılacaq?

CC0 / MemoryCatcher / Supermarket Витрины в супермаркете, фото из архива
Витрины в супермаркете, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İ.Məmmədov sosial şəbəkələrdə yayılan bir çox məlumatların yalan olduğunu və hər səhər axşamdan yayılan bu cür məlumatların təkzib olunmasına xeyli enerji sərf etdiklərini qeyd edib

BAKI, 13 mart — Sputnik. "Marketlər, apteklər öz rejimində işləyəcək. Epidemiyaya qarşı bütün ləvazimatlarımız var, hər şeylə təmin olunmuşuq. Bizdə vəziyyət digər ölkələrlə müqayisədə qat-qat yaxşıdır".

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov sosial şəbəkələrdə yayılan bir çox məlumatların yalan olduğunu və hər səhər axşamdan yayılan bu cür məlumatların təkzib olunmasına xeyli enerji sərf etdiklərini qeyd edib. Marketlərdə eyniadlı ərzağın məhdud sayda satılması xəbərlərinə gəlincə isə, bunların da həqiqəti əks etdirmədiyini vurğulayıb.

Bu gün qərargahın yaydığı məlumatda bildirilib ki, sosial şəbəkələrdə və “WhatsApp” ani mesajlaşma əlavələri vasitəsilə koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün Bakı şəhərində ərzaq mağazalarının bağlanacağı və onların iş rejiminə ciddi fasilələr tətbiq olunacağı barədə səs yazısı yayılır.

Hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır.

Yayılan iddia şayiə xarakterlidir və cəmiyyətdə süni ajiotaj yaratmaq məqsədi daşıyır. Hazırda aidiyyəti orqanlar tərəfindən bu tipli şayiə yayan şəxslərin aşkarlanması və onların barəsində hüquqi məsuliyyət tədbirləri görülməsi üçün müvafiq iş aparılır.

Xəbər lenti
0