CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metroda qatarlar niyə ləngiyir?

© Sputnik / Anar MustafayevПоезд на станции Эльмляр Академиясы Бакинского метрополитена
Поезд на станции Эльмляр Академиясы Бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
Problem hazırda da davam edir, bəzi stansiyalarda qatarların fəaliyyətində 5 dəqiqəyədək fasilə yaranır

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Son bir neçə gündür ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində qatarların fəaliyyətində ləngimə müşahidə olunur. 

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, artıq 3 gündür ki, metroda əsaslı sıxlıq hiss olunur: "Bu gün də gecikmələr çox olub. Bu səbəbdən metronun "Koroğlu", "Nəriman Nərimanov", "Elmlər Akademiyası" stansiyalarında 3-8 dəqiqəyədək gecikmə müşahidə olunub".

Problem hazırda da davam edir, bəzi stansiyalarda qatarların fəaliyyətində 5 dəqiqəyədək fasilə yaranır.

Qeyd edək ki, artıq bir neçə gündür ki, ali məktəblərdə dərslərə start verilib.

Xəbər lenti
0