Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 20 fevral — Sputnik. Son bir neçə gündür ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində qatarların fəaliyyətində ləngimə müşahidə olunur.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, artıq 3 gündür ki, metroda əsaslı sıxlıq hiss olunur: "Bu gün də gecikmələr çox olub. Bu səbəbdən metronun "Koroğlu", "Nəriman Nərimanov", "Elmlər Akademiyası" stansiyalarında 3-8 dəqiqəyədək gecikmə müşahidə olunub".
Problem hazırda da davam edir, bəzi stansiyalarda qatarların fəaliyyətində 5 dəqiqəyədək fasilə yaranır.
Qeyd edək ki, artıq bir neçə gündür ki, ali məktəblərdə dərslərə start verilib.