CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AAYDA məhkəməyə müraciət edib – Ziyanın ödənilməsini istəyir

© APAГрузовик сорвался с моста в поселке Ходжасан Бинагадинского района Баку
Грузовик сорвался с моста в поселке Ходжасан Бинагадинского района Баку - Sputnik Azərbaycan
Abunə olmaq
56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub

BAKI, 15 yanvar — Sputnik. "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır".

İnfoqrafika: Özünü və yaxınlarını qoru - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Diqqət: Qəza anı - özünü və yaxınlarını qoru

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AAYDA-nın sədri Saleh Məmmədov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2019-cu il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 1906 yol nişanları, 15 940 pm əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 717,9 min m2 həcmində yolların sarı və ağ boya ilə xətlənməsi işləri yerinə yetirilib.

Onun sözlərinə görə, 2019-cu il ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 547 yol-nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində 8501 pm əyrixətli tirlər, 220 pm mühafizə çəpərləri, 22 işıq dirəyi, 10,5 m2 informatik lövhə, 8 ədəd yol nişanı, 26 m körpü məhəccəri yararsız hala düşüb.

© Sputnik / Irade JELILAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov
AAYDA məhkəməyə müraciət edib – Ziyanın ödənilməsini istəyir - Sputnik Azərbaycan
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov

Belə ki, bu hadisələr zamanı ümumilikdə yol təsərrüfatına 680 min 458,52 manat məbləğində maddi ziyan dəyib, bundan 423 min 911 manatı (62,3%) ödənilib: "Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 483 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 8 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunub, 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub".

Xəbər lenti
0