01:15 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
161132

Rəqqasə və hüquqşünas Lenay Seidəli-zadə rəqslə məşğul olmağın insanın sağlamlığına və əhval-ruhiyyəsinə necə müsbət təsir göstərdiyindən danışıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. Tanqo ilə məşğul olmaq bir çox ağır xəstəliklərin effektiv müalicə üsulu, möhkəm fiziki sağlamlığın və sabit psixoloji vəziyyətin qarantı, eləcə də uzunömürlülüyün səbəbi ola bilər. Bu və tanqo rəqsinin az məlum olan faydaları barədə Sputnik Azərbaycan-a rəqqasə və hüquqşünas Lenay Seidəli-zadə danışıb.

Bu yaxınlarda Azərbaycan paytaxtı Birinci Beynəlxalq Tanqo Festivalına ev sahibliyi edib. Burada xarici rəqqaslar da iştirak ediblər. Festivalın keçirilməsində məqsəd Argentina mədəniyyəti və musiqisini Azərbaycanda populyarlaşdırmaq, eləcə də Azərbaycan auditoriyasını yeni artistlər, rəqqaslar və ritmlərlə tanış etmək olub. Festivalı Argentinanın Azərbaycandakı səfirliyi və United Cultures Azərbaycan Mədəniyyət Nazirliyi, ADA universiteti, Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Dövlət Mənədiyyət və İncəsənət Universitetinin dəstəyi ilə təşkil edib.

L.Seidəli-zadə uşaqlıqdan tanqonu çox sevib, lakin uzun müddət bununla məşğul olmağa cəsarət etməyib. Yalnız 21 yaşında rəqs etməyə başlayıb. Onun fikrincə, insan tanqoya getmir, tanqo insana doğru gəlir. Rəqsin bu janrından başqa, Seyidəlizadə xalq rəqslərini də ifa edir.

Rəqqasə Lenay Seidəli-zadə

"Tanqonu ifa edəndə özün olmalısan, başqa cür saxta alınacaq. Mən deyərdim ki, bu, bütün duyğuları - sevinci, ağrını, xoşbəxtliyi hiss etməyin mümkün olduğu yeganə rəqsdir. Ən əsası - tərəf-müqabilləri arasında harmoniya olmalıdır, onlar bir-birlərini hiss etməlidirlər. Deyərdim ki, bu rəqs təkcə tərəf-müqabilinlə dialoq deyil, həm də onun ürəyi ilə dialoqdur", - deyə Seidəli-zadə bildirib.

Son zamanlar Azərbaycanda tanqo ilə məşğul olanların sayı artıb. Onların arasında təkcə peşəkar rəqqaslar deyil, müxtəlif peşə sahibləri də var. Müntəzəm olaraq onlar müxtəlif ölkələrdə keçirilən mədəni tədbirlərdə, festivallarda iştirak edirlər. Misal üçün, Seidəli-zadənin sözlərinə görə, yanvarın sonlarında Bakı ictimaiyyəti Gürcüstana tanqo-uikendə getməyə hazırlaşır.

Müxtəlif rəqs janrları ilə məşğul olmaq təkcə gözəl bir əyləncəni təmin etmir, həm də insanı müalicə edir. Bu, insanın həm fiziki, həm də psixoloji vəziyyətinə müsbət təsir göstərir və ən əsası - sağlam həyat tərzinin rəhnidir.

"Hərəkət fəaliyyətinin aktivliyi, musiqinin müəyyən etdiyi ritm və tempdə hərəkət bütün daxili orqanların və sistemlərin ritmik işinə kömək edir. Bu vəziyyətdə dərslərin nizamlı olması vacibdir, onda bədənin ümumi sağlamlaşması prosesi daha sürətlə gedəcək. Bu, rəqsin müalicəvi effektini sübut edir. Mən balaca olanda və xəstələnəndə anam məni heç yerə buraxmaq istəmirdi. Ancaq səhnəyə çıxan kimi bütün xəstəliklərim gedirdi. Eyni şey əhval-ruhiyyə pis olanda da keçərlidir. Rəqs etməyə başlayan kimi əhvalın yaxşılaşır", - deyə Seidəli-zadə bildirib.

O əmindir ki, tanqo ilə məşğul olmaq ən ağır xəstəliyi belə müalicə etməyə qadirdir. Rəqqasə insanlara kömək etmək üçün "Tanqo Terapiya" layihəsini həyata keçirməyə qərar verib. Bu layihə insanları sağlamlaşdırmağa və onların əhvalını yüksəltməyə yönəlib. Onun dediyinə görə, tanqonun insanlara məlum olmayan bir çox müalicəvi xüsusiyyətləri var. Onunla məşğul olmağa başlayandan dərhal sonra insanlarda bu rəqsə münasibət dəyişir.

Rəqqasə Lenay Seidəli-zadə

Bu layihə ilə yanaşı, Seyidəlizadə gələcəkdə öz məktəbini açmağı arzu edir. Bu ideya onda çoxdan var, amma təəssüf ki, indi rəqslə iki-üç il məşğul olan bir çox insan öz studiyasını yaratmaq və pul qazanmaq eşqinə düşür. Rəqqasənin fikrincə, bu, doğru deyil.

"Heç vaxt bir işə ilkin olaraq pul qazanmaq xatirinə girişmək olmaz. Xüsusilə də əgər bu, yaradıcılıq və incəsənətlə bağlıdırsa. İndi rəqs məktəbləri, studiyaları çoxdur, amma onların arasında həqiqi keyfiyyətlisi azdır", - Seidəli-zadə əlavə edib.

Lenanın planları çoxdur, ən əsası isə bunu reallaşdırmağa vaxt lazımdır. Kim ki rəqslə məşğul olmağa risk eləmir, Seidəli-zadə onlara məsləhət görür ki, öz həyatlarını pozitivə kökləmək və sağlam olmaq istəyirlərsə, rəqs etməkdən qorxmasınlar.

Əlaqədar

"Malena" Bakıda - sevgi tarixi ehtiraslı rəqslərdə
Azərbaycanlı rəqqas "Sənət ulduzu" layihəsinin Qran-Prisinə layiq görülüb
“Opsa oynaya bilirəm...” – Əminə Dilbazi haqqında xatirələr
Filmin ən maraqlı yerini pəncərədən çəkdi - VİDEO
Dünya şöhrətli ulduz hamını mat qoydu - hind mahnısına oynadı

Əsas mövzular