CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni ili qarşılamağın üç optimal variantı: hamısında pul xərcləmək lazım gəlir

© Sputnik / Murad OrujovБлаготворительная новогодняя ярмарка "Холодные руки, горячее сердце" в Баку
Благотворительная новогодняя ярмарка Холодные руки, горячее сердце в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni ili olivye salatı hazırlayaraq evdə, restoranda və rayonda doğmalarınızla birlikdə keçirə bilərsiniz. Yeni ili daha ucuz və əyləncəli şəkildə Bakı bulvarında da qarşılamaq olar.

BAKI, 31 dekabr — Sputnik. Yeni ili qeyd etmək neçəyə başa gələcək? Hər bir yetkin adam 31 dekabr ərəfəsində bu sualı özünə verir. Təbii ki, qiymətlər tələblərə və iddialara uyğun olacaq. Bununla əlaqədar olaraq Sputnik Azərbaycan Yeni il xərcləri ilə bağlı kiçik bir hesablama aparıb.

Bakı Yeni il libasına bürünüb  - Sputnik Azərbaycan
VİDEO
Sən şəhərlər gözəlisən, Bakı - Paytaxtımız Yeni il libasına bürünüb

Evdəki qonaqpərvərlik və bayram mühiti

Beləliklə, 2020-ci ili köhnə qaydada, valideynlərimizin etdiyi kimi qeyd etmək lazımdır: doğma və yaxınlarla birlikdə bayram süfrəsi arxasında. Bayramı tək-tənha qeyd etməmək üçün stol açmaq önəmlidir.

Mağazalardakı qiymətləri nəzərə alsaq, şəhər sakinlərinə standart Yeni il süfrəsi hazırlamaq üçün azı 200 manat lazımdır. Bu məbləğə evin sahibəsi olivye salatı, tort, plov, dolma, kolbasa və pendir, təzə tərəvəzdən ibarət süfrə hazırlaya bilər. Bundan başqa, süfrəyə konfetlər, şirələr, meyvə, salfet, qoz-fındıq və digər məzələr qoymaq olar. Bayram süfrəsində oturacaq qonaqların sayından asılı olaraq, "istehlak səbəti" böyüyə və qiymətlər arta bilər.

Bundan başqa, yolkanın altına Şaxta Baba adından hədiyyə qoymaq və əlbəttə ki, bayram atəşfəşanlığını təşkil etmək üçün benqal şamı (fişənglərin qadağan olduğunu bilirsiniz?) almaq da əlavə pul tələb edir.

Bir stoldan digərinə

Sovet dövründə azərbaycanlılar Yeni ili "Mavi ekran"a baxaraq qarşılayırdılar. Sonra Yeni ili Rusiya televiziyasına baxaraq Moskva vaxtı ilə qarşılamaq ənənəsi var indi. İndi isə sahibkarlar yerli estrada ulduzlarının iştirakı ilə öz "ekran"larını təşkil edirlər. Yeni il tətilində adətən ümumilikdə boş qalan çoxsaylı şadlıq evləri, ya da istirahət mərkəzləri yararlı vəziyyətə gətirilir. Restoranlar isə heç nədə, hətta menyuda belə hansısa bir dəyişiklik etməyə ehtiyac görmürlər. Yeni il gecəsində kifayət qədər gəlir əldə edən müğənniləri dəvət etmək kifayətdir.

Əliniz cibinizdə olsun: Biz yarışa giririk, onlar isə bizim hərisliyimizdən yararlanırlar>>

Lakin adi bayram və toy günlərindən fərqli olaraq, 31 dekabrdan 1 yanvara keçən gecə restoranlarda bayram şənliyinə biletlər adi toy günlərindəki bir yerin qiymətindən dəfələrlə baha satılır.

Qiymətlər 70-450 manat arasında dəyişir. Burada restoranın statusu, dəvət olunan artistlərin populyarlıq səviyyəsi də rol oynayır. Məsələn, şəhərdəki restoranların sahiblərindən biri bu dəfə rəqiblərinin "burnunu ovmaq" üçün Yeni il gecəsi hətta burada da kifayət qədər fanatlaır olan türk estrada ulduzu Mustafa Cecelini dəvət edir.

Sutka yarım vaxtını mətbəxdə salat doğramağa və digər bayram yeməkləri hazırlamağa həsr etmək istəməyənlər üçün Yeni ili restoranda qarşılamaq ən optimal variantdır. Özü də burada şou-proqram adətən səhər saat 4-dək uzanır və belə restoranları evin yaxınlığında əlverişli qiymətə tapmaq mümkündür.

Ayağım hara, başım da ora

2020 loqosu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qəbələ Yeni ilə çağırır: məkanlar, əyləncə və qiymətlər - FOTO

Başqa bir kateqoriyadan olan vətəndaşlar da var ki, onlar bayramı evdə və şəhərdə qarşılamaq istəmir. Onlar ya rayonlara doğmalarının yanına gedir, ya da adətən Yeni il şou-proqramı təşkil edən otellərdə nömrə tutur.

Misal üçün, bu günlərdə birinci sinif populyar kurortlarda iki nəfərlik nömrənin sutkalıq qiyməti 750 manat, üstəlik əlavə xərclər tələb edir.

Normal otellərdə iki nəfərlik sutkalıq nömrəni 150 manata tutmaq olar. Bu məbləğ ölkənin bütün rayonları üçün keçərlidir. Amma bu qiymətə hər cür şəraiti olan ev də tutmaq olar. Bu zaman isə əlbəttə ki, ərzaqlara əlavə vəsait xərcləmək lazım gələcək. Ümumilikdə isə yol xərclərini də bunun üstünə gəlsək, bir sutkalıq Yeni il bayramı xərcləri üçün 560-700 manat lazım gələcək.

Yeni il dəqiq uşaqların bayramıdır?

Təəssüf ki, uşaqların Yeni il tətilini nağıllardakı kimi təşkil etmək mümkün deyil. Ölkədə minimum əməkhaqqı 250 manatdır, Bakıda isə balacalar üçün yolka şənliklərinin qiyməti 14 manatla 60 manat arasında dəyişir. Üstəlik, əvvəlki illərdən özünü sübut etmiş ən populyar şouların biletlərini tətildən xeyli əvvəl əldə etmək lazım gəlir. Çünki bayrama yaxın bilet tapmaq mümkünsüzdür.

Santa Klaus - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Teatrların Yeni il şənlikləri - Kim? Harada? Necə?

Bir seçim olaraq, 30-dan çox müxtəlif Yeni il şənlikləri və tamaşalarında iştirak üçün müraciət edə bilərsiniz. Xoşbəxtlikdən, onlar haqqında məlumatlar sosial şəbəkələrdə geniş yayılıb. Çalışıb bütün əyləncəli proqramlarla bağlı ətraflı məlumat əldə edə, daha az pul xərcləyib uşaqlara daha çox müsbət emosiya verə bilərsiniz.

Misal üçün, Bakı şəhər İcra Hakimiyyəti dənizkənarı bulvarda Yeni ili qarşılamaq üçün təkrarsız bayram dekorasiyaları quraşdırıb. Bulvarda çoxsaylı yolkalar, bayram çilçıraqları, əyləncə yerləri quraşdırılıb və xeyli santalar peyda olub. Dənizkənarı parkda gəzərkən Milad ağaclarının, maral və evcik şəklindəki xüsusi bəzəklərin fonunda bolluca şəkil də çəkdirə bilərsiniz.

Xəbər lenti
0