CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əliniz cibinizdə olsun: Biz yarışa giririk, onlar isə bizim hərisliyimizdən yararlanırlar

© Sputnik / Anar MustafayevМужчина прячет деньги во внутренний карман, фото из архива
Мужчина прячет деньги во внутренний карман, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
El şənliklərinin keçirildiyi əsas məkanlar sayılan "şadlıq evləri"ndə istehlakçılarla müqavilə bağlanılmalıdır. Əks halda, istehlakçıların restoranlarda pozulan hüquqlarını müdafiə etmək olmur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 dekabr — Sputnik. Azərbaycanda əhalinin toy mərasimlərinə xərclədiyi vəsait əndazəni aşıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, ölkəmizdə mərasimlərdə israfçılığın qarşısını almaq üçün qanuni tənzimlənməyə ehtiyac var. Deputat deyir ki, yas mərasimləri kimi toylarımızda da dəbdəbə hökm sürür.

Кафе, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Restoran və şadlıq saraylarını gözləyən cərimənin miqdarı açıqlandı

Qeyd edək ki, el şənliklərində qiymət məsələsi zaman-zaman gündəmə gəlsə də, problem bu günədək öz həllini tapmayıb. Hətta bir müddət əvvəl el şənliklərində qiymətlərin aşağı düşməsi üçün şadlıq evlərinin standart menyu paketinin ləğv edilməsi də gündəmə gəlmişdi. Müştərilər bu menyulara dəyişiklik edə bilmədiklərinə görə, istəmədikləri qida məhsullarını da sifariş etməli olurlar. Nəticədə, toy və şənliklərdə qida məhsullarının istifadəsində böyük israfçılıq baş verir, eləcə də şadlıq evlərinin xidmət haqları yüksək olur.

Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, el şənliklərinin keçirildiyi məkanlarda istehlakçı hüquqları kobud şəkildə pozulur. Birlik sədri deyir ki, şadlıq evlərində əhalinin sosial vəziyyəti nəzərə alınmır. El şənliklərinin keçirildiyi məkanların sahibləri hamıya eyni menyu və eyni qiymətlər təklif edirlər: "Şadlıq evlərindəki standart menyularda xeyli sayda yemək, salat və digər qidalar yer alır. Bu həddən artıq çoxdur. Həmin menyularda qeyd edilən yemək və salat çeşidləri insanların yemək tələbatından dəfələrlə artıqdır. Ona görə də, menyular ən azı iki dəfə qısalmalıdır. Şadlıq evləri müştərilərə sərbəst menyu seçməyə şərait yaratmalıdırlar. Çox təəssüf ki, hələ də şadlıq evləri menyu seçimində istehlakçılara sərbəstlik vermirlər".

E.Hüseynovun sözlərinə görə, şadlıq evlərində istehlakçıların hüquqlarının pozulmasına zəmin yaradan əsas amil, müştərilərə göstərilən xidmətlə bağlı müqavilənin bağlanmamasıdır: "Şadlıq evlərində müştərilərlə müqavilə bağlanılmır. Ona görə də, Nazirlər Kabineti iaşə obyektləri ilə bağlı müqavilə formalarını təsdiq etməlidir. Bu müqavilələr olmadığından el şənliklərində istehlakçı hüququ kobud şəkildə pozulur. Şadlıq evinin məqsədi odur ki, müştəri restoranı tez tərk etsin. Akustikanın pozulması və sair məsələlər də məhz müştərinin restoranı tez tərk etməsinə yönələn addımlardır. Ona görə də, el şənliklərinin keçirildiyi əsas məkanlar sayılan "şadlıq evləri"ndə istehlakçılarla müqavilə bağlanılmalıdır. Əks halda, istehlakçıların restoranlarda pozulan hüquqlarını müdafiə etmək olmur".

Menyu oxuyan kişi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Restoran və kafelərdə müştərilər yedikləri qidanın tərkibini biləcəklər

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, istehlakçıların malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, almaq istədiyi mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək və s. hüquqları var: "Qanuna əsasən, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağandır. İstehlakçıya hər hansı bir mal və xidmətin satışı digər mal və xidmətin alınması ilə şərtləndirilə bilməz. Şənlik məclisi təşkil etmək istəyənlər isə qonaqlara təqdim etmək istədiyi yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və s. siyahısına yalnız müəyyən etdiyi malların daxil etmək hüququna malikdir".

Lakin bu qaydalara riayət edən şadlıq evi tapmaq hələlik müşkül məsələdir. Qeyd edək ki, hazırda Bakının şadlıq evlərində toy şənlikləri üçün qiymətlər adambaşına 25-300 manat arasında dəyişir. Əksər şadlıq evlərində qiymətlər adambaşına 40-80 manat arasındadır.

Xəbər lenti
0