CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni il üçün yol biletləri nə zaman satışa çıxarılacaq?

© Baku International Bus Terminal ComplexАвтобусы, фото из архива
Автобусы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bayram günlərini rayonlarda və xarici ölkələrdə keçirmək istəyən vətəndaşlar indidən qatar, avtobus və təyyarə biletlərinin axtarışına çıxıblar

BAKI, 16 dekabr — Sputnik. Yeni ilə sayılı günlər qalır. Bayram günlərində Bakıdan bölgələrə daha çox axın olur. Biletlə bağlı hər hansı problem yaşamamaq üçün bir çoxları ən azı 30 gün öncədən yerlərini rezerv etmək istəyirlər.

Rayon marşrutlarına ayrılmış əlavə avtobuslar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda yeni marşrut açıldı

"Bakı Beynəlxalq Avtovağzal Kompleksi" və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi internet portallarında isə yalnız 10 gün öncədən yerlərin rezerv edilməsinə icazə verilir. Maraqlıdır, bayramla əlaqədar olaraq yerlərin 15 gün öncədən rezervi mümkündürmü?

Sorğumuza cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, adi günlərdə olduğu kimi bayram günlərində də yerlər yalnız 10 gün öncədən rezerv edilə bilər. Həmçinin qeyd olunub ki, bayram günlərində gücləndirilmiş iş rejiminə keçiriləcək və sərnişin tələbatı artdıqca xəttə əlavə qatarlar çıxarılacaq.

"Bakı Beynəlxalq Avtovağzal Kompleksi"ndən də Sputnik Azərbaycan-a verilən məlumatda onlayn bilet satışının 10 gün öncədən mümkün olduğu bildirilib:

"Dekabrın 31-də rayonlara axın etmək istəyən sərnişinlər artıq ayın 21-dən etibarən biletlərini ala biləcəklər. Sərnişin tələbatı artdıqca xəttə yeni avtobuslar əlavə olunacaq".

Həmçinin qeyd olunub ki, bayram günləri ilə əlaqədar olaraq "Bakı Beynəlxalq Avtovağzal Kompleksi" gücləndirilmiş rejimdə çalışacaq.

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"ndən isə Sputnik Azərbaycan-a bildirilib ki, tələbata, sərnişin axını və sıxlığına uyğun olaraq ehtiyac olarsa, xətlərə yeni avtobuslar cəlb olunacaq. Beynəlxalq istiqamətdə hərəkət üçün yeni xətlər də əlavə oluna bilər".

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Natəvan Bayramova - Sputnik Azərbaycan
Yeni qatarlar nə vaxt xəttə buraxılacaq - Natəvan Bayramova danışır

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirildi ki, onlar da bayram vaxtı gücləndirilmiş rejimdə çalışacaqlar: "Çalışacağıq ki, bütün sərnişinlər xidmətlərimizdən razı qalsınlar. Əlavə reyslər olmayacaq. Çünki qrafik öncədən müəyyənləşdirilir".

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi portalında 31 dekabr üçün bəzi istiqamətlərə "online bilet" əldə etmək artıq mümkündür. Rəsmi portalda Türkiyə, Almaniya istiqamətində 31 dekabr üçün uçuşlar olsa da, Moskvanın əsas hava limanlarına biletlər tükənib. Qısa axtarış zamanı biz yalnız Rusiyanın Sankt-Peterburq hava limanına uçuş üçün bilet tapa bildik.

Bəzi ölkələr üçün bilet satışında isə ən yaxın günlər göstərilir. Özbəkistanın paytaxtı Daşkəndə isə yalnız dekabrın 28-i tarixinədək uçuş tarixləri göstərilir.

Xəbər lenti
0