Natəvan Bayramova: “Bakıya ikimərtəbəli elektrik qatarı gətirilib”
“İsveçrənin “Stadler” şirkətindən alınan 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramova deyib.
O bildirib ki, yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək: “Qatarlar tezliklə xəttə buraxılacaq. Yeni qatarlarda 371 oturacaq var və bununla da "Stadler"dən alınan qatarların sayı 9-a çatıb. Yeni qatarların alınmasına səbəb yaranan sərnişin sıxlığıdır”.
Natəvan Bayramovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz