CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Restoran və kafelərdə müştərilər yedikləri qidanın tərkibini biləcəklər

© Sputnik / Andrey Telichev / Mediabanka keçidMenyu oxuyan kişi, arxiv şəkli
Menyu oxuyan kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qidanın tərkibində allergik maddələr varsa, qeyd edilməsi zəruri olacaq, həmçinin qidanın tərkibində etil spirt və donuz məhsullarından istifadə edilən maddənin olması da istehlakçılara bildiriləcək.

BAKI, 26 noy-Sputnik. Türkiyədə istehlakçının doğru məlumatlandırılması məqsədilə qida etiketlərinin nizamlanmasında qaydalar dəyişir. Qida etiketlərində bütün məlumatların olması məcburi olacaq.

Sputnik milliyet-ə istinadla xəbər verir ki, restoran, kafe kimi ictimai qida istehlak yerlərində istehlakçılar nə yediklərini tam olaraq biləcək. 

Qidanın tərkibində allergik maddələr varsa, qeyd edilməsi zəruri olacaq, həmçinin qidanın tərkibində etil spirt və donuz məhsullarından istifadə edilən maddənin olması da istehlakçılara bildiriləcək.

Bu məlumatlar istehlakçıların rahat görə biləcəyi şəkildə menyular, yazı taxtaları, broşura və s. vasitəsiylə təqdim ediləcək.

İnsan sağlamlığını təhdid edən qidaları istehsal edən, təqlid edən firma və ya şəxslərə verilən cəzaları ağırlaşdırmaq üçün qanuna dəyişiklik ediləcək. 

İnsan sağlamlığını və həyatını təhlükəyə salan qidalar məhv ediləcək. Bununla yanaşı, bu məhsulları istehsal edənlərə 100 min türk lirəsi pul cəzası veriləcək. 

Xəbər lenti
0