20:44 22 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
2110

Əfv məsələləri üzrə komissiyanın strukturları, o cümlədən Azərbaycan Respublikasının Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin Əfv sektoru və Əfv Komissiyasının Katibliyi fasiləsiz olaraq işləyir

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Bu ilin Yeni il bayramında əfv sərəncamı gözlənilmir. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Əfv Komissiyasının üzvi, hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyib: “Əfv sərəncamının verilməsi ölkə başçısının müstəsna səlahiyyətində olan məsələdir. Lakin bu ilin martında ölkə başçısı tərəfindən sayca 33-ü əfv sərəncamı imzalandığından yeni il ərəfəsində əfv sərəncamıınn verilməsi ilə bağlı ehtimallar azalıb”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

O daxil olan müraciətlər haqda da danışıb: “Bizə məhkumların əfv olunması üçün yüzlərlə müraciət daxil olub. Əfv məsələləri üzrə komissiyanın strukturları, o cümlədən Azərbaycan Respublikasının Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin Əfv sektoru və Əfv Komissiyasının Katibliyi fasiləsiz olaraq işləyir. Məhkumlar, onların nümayəndələri, vəkillər, beynəlxalq və yerli QHT-lər, Milli Məclisin deputatları, ombudsman və digər strukturlardan gələn müraciətlər əsasında müvafiq rəylər alınır və hər bir məhkumla bağlı arayış hazırlanır”.

Ə.Nuriyev bildirib ki, ölkə başçısı fəaliyyətinə başladığı ildən, yəni 2003-cü ildən 33 əfv sərəncamı imzalanıb ki, nəticədə də 4 minədək şəxs azadlıqdan məhrumetmə haqda cəzalarının qalan hissəsindən və digər cəzalardan azad edilib.

Xatırladaq ki, ölkəmiz müstəqillik əldə etdikdən, yəni 1991-ci ildən bu günədək 66 əfv sərəncamı imzalanıb ki, nəticə etibarı ilə də 8 min nəfər cəzadan, cəzanın qalan hissəsindən azad edilib.

Əsas mövzular