SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident əfv komissiyasının tərkibini dəyişdi

Abunə olmaq
Komissiyada Ramil Usubovun yerinə Daxili İşlər naziri Vilayət Eyvazov, Mədət Quliyevin yerinə isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev təyin edilib

BAKI, 2 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibi dəyişdirilib.

Sputnik Azərbaycan xəbər verir ki, bunun bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, komissiyada Ramil Usubovun yerinə Daxili İşlər naziri Vilayət Eyvazov, Mədət Quliyevin yerinə isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev təyin edilib.

Xəbər lenti
0