21:27 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
25 0 0

"Zəhərlənən tələbələrin səhhəti normallaşıb. Onlar həkim razılığı ilə yenidən təhsillərini davam etdirirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbələr – 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı bu gün dərsə başlayıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov məlumat verib.

O bildirib ki, zəhərlənən tələbələrin səhhəti normallaşıb. Onlar həkim razılığı ilə yenidən təhsillərini davam etdirirlər.

Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Əsas mövzular