CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BDU-nun zəhərlənən tələbələri ilə bağlı yeni məlumat

© Sputnik / Nikolay Hizhnyak / Mediabanka keçidXəstəxanada tibb bacısı, arxiv şəkli
Xəstəxanada tibb bacısı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Zəhərlənən tələbələrin səhhəti normallaşıb. Onlar həkim razılığı ilə yenidən təhsillərini davam etdirirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbələr – 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı bu gün dərsə başlayıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov məlumat verib.

O bildirib ki, zəhərlənən tələbələrin səhhəti normallaşıb. Onlar həkim razılığı ilə yenidən təhsillərini davam etdirirlər.

Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti
0