22:16 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Şah İsmayıl Xətainin heykəli, arxiv şəkl

Şahın heykəlini yenə köçürürlər

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
16 0 0

İki il öncə küçədə hərəkətin intensiv olması ilə əlaqədar onun genişləndirilməsindən sonra abidə magistral yolun ortasında qalmış, onu ziyarət etmək istəyənlər üçün əlçatmaz olmuşdu

BAKI, 21 noyabr — Sputnik. Uzun zamandır ki, paytaxtın əsas magistral yollarından olan Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin abidəsi ilə bağlı söhbətlər səngimir.

İki il öncə küçədə hərəkətin intensiv olması ilə əlaqədar onun genişləndirilməsindən sonra abidə magistral yolun ortasında qalmış, onu ziyarət etmək istəyənlər üçün əlçatmaz olmuşdu.

Bununla bağlı narazılıqlar yaranmış, tarixi şəxsiyyətin abidəsinin yerinin dəyişdirilməsi, onun ziyarətçilər üçün daha rahat, əzəmətli və görünən yerdə qoyulması ilə bağlı müxtəlif mətbuat səhifələrində, sosial şəbəkələrdə müzakirələr aparılır.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilir. Belə ki, hazırda müəyyən qurumlar Şah İsmayıl Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı hazırlıqlar aparır.

Bununla bağlı ingiltərəli memar Mənsur Bookani tərəfindən yeni layihə hazırlanır. Məlumata görə, heykəl indiki yerindən bir qədər aralıda, həmin küçədə yerləşən parkın ərazisinə köçürüləcək.

Burada əzəmətli abidə kompleksi yaradılması nəzərdə tutulub. Şah İsmayıl Xətainin şah çadırında taxtda oturmuş şəkildə olacaq abidəsi əsas magistral yola – Yusif Səfərov küçəsinə baxacaq, ziyarətçilər üçün çox əlverişli olacaq və bütün istiqamətlərdən görünəcək.

  • Xətaidə salınacaq yeni parkın görüntüsü
    © Sputnik / Irade JELIL
  • Xətaidə salınacaq yeni parkın görüntüsü
    © Sputnik / Irade JELIL
  • Xətaidə salınacaq yeni parkın görüntüsü
    © Sputnik / Irade JELIL
  • Xətaidə salınacaq yeni parkın görüntüsü
    © Sputnik / Irade JELIL
1 / 4
© Sputnik / Irade JELIL
Xətaidə salınacaq yeni parkın görüntüsü

Yeni yaradılacaq park kompleksi öz əzəməti ilə seçilməli, Sah İsmayıl Xətai kimi şəxsiyyəti ziyarət etməyə gələnlər üçün rahat olmalı və burada gənc nəslin vətənpərvərlik tərbiyəsinin artırılmasına yönəldilən tədbirlərin keçirilməsi işlərini də asanlaşdırar, bu əraziyə yeni həyat verərdi.

Həm də abidə şəhərin giriş-çıxışında yerləşən magistral yolun yanında olacağından paytaxta gələn və gedən qonaqlar, çoxsaylı turistlər də bu abidəni seyr edə biləcəklər.

Xatırladaq ki, heykəlin Neftçilər Xəstəxanası ilə Leyla Şıxlınski adına xəstəxana arasında küçələrin birində olacağı planlaşdırılır.

Əsas mövzular