CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra avtobuslar Qara Qarayev metrosu istiqamətindən yox, birbaşa Atletlər kəndi yaxınlığından hərəkət edərək yeni qurulan mərkəzdə dayanacaqlar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 noyabr — Sputnik. Bu gündən Bakı kəndləri və ətraf qəsəbələrdən "Koroğlu" istiqamətində işləyən marşrut avtobuslarının dayanacağı dəyişib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, bu gün səhər saatlarından etibarən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə verilib. Bundan sonra sözügedən avtobuslar Qara Qarayev metrosu istiqamətindən yox, birbaşa Atletlər kəndi yaxınlığından hərəkət edərək yeni qurulan mərkəzdə dayanacaqlar.

Xəbər lenti
0