08:02 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
27 0 0

Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsisteminin 10 modulu olacaqValideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsisteminin 10 modulu olacaq

BAKI, 7 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsisteminin iki modulu artıq hazırdır.

Sputnik Azərbaycan-a Nazirlikdən verilən xəbərdə bildirilir ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsisteminin 10 modulu olacaq. Bu modullardan "Övladlığa götürmə hüququmun yoxlanılması" və "İstəklərimə uyğun uşaq – yoxla" modulu artıq hazırdır. Digər "Ərizələrim", "Müraciətlərim", "Valideyn-namizədlə müsahibələr", "Mənzil şəraitinin yoxlanılması", "Təlimlər", "Uşaqla müəssisədə görüş", "Sınaq müddətində evdə yerləşdirmə", "Monitorinq" modulları isə ilin sonunadək hazırlanaraq istifadəyə veriləcək.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə olmaqla ƏƏSMN-in mərkəzləşdirilmiş elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsistemi yaradılır. E-sistem bu ilin ikinci yarımilində istifadəyə verilərək, övladlığagötürmə üzrə idarəçiliyin və xidmətlərin e-qaydada təşkilini təmin edəcək.

Əsas mövzular