CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar övlad sahibi ola bilməyəcəklər – Uşaq verilməyəcək

© AFP 2024 / Matias DelacroixДети играют в трущобах Петаре в Каракасе, Венесуэла
Дети играют в трущобах Петаре в Каракасе, Венесуэла - Sputnik Azərbaycan
Abunə olmaq
Məcəlləyə dəyişikliklər 2019-cu il noyabrın 1-dən tətbiq ediləcək. Ailə Məcəlləsinə dəyişiklik yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq

BAKI, 11 oktyabr — Sputnik. Azərbaycanda ailə münasibətləri əleyhinə ağır cinayət törədən şəxslər övladlığa uşaq götürə bilməyəcək.

Sığınacağın körpə sakinləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Onlar da nəvaziş istəyir: Valideyn qayğısından məhrum uşaqların sayı artıb

Sputnik Azərbaycan-ın bununla bağlı Ailə Məcəlləsinin 120-ci maddəsinə (Övladlığa götürmək hüququ olan şəxslər) yeni 120.1.6-cı bənd əlavə edilməsi təklif olunur. Yeni bəndə əsasən, məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət tətbiqinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər övladlığa uşaq götürə bilməzlər. Məcəlləyə dəyişikliklər 2019-cu il noyabrın 1-dən tətbiq ediləcək.

Ailə Məcəlləsinə dəyişiklik yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0