CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Canavar sürüsü Xınalığa hücum edib

© AFP 2023 / MIGUEL MEDINAВолки, фото из архива
Волки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd sakinlərinin sözlərinə görə, 7 canavardan ibarət sürü bu gecə kəndə girib. Camaat ayıq-sayıq olduğundan, sakinlərə heç bir ziyan dəyməyib

BAKI, 3 noyabr — Sputnik. Qubada yağan güclü qardan sonra canavar sürüsü Qubanın Xınalıq kəndinə girib.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, 7 canavardan ibarət sürü bu gecə kəndə girib.

Kənd camaatı ayıq-sayıq olduğundan, sakinlərə heç bir ziyan dəyməyib.

Səhər açıldıqdan sonra yırtıcılar kəndi tərk edib.

Sakinlərin sözlərinə görə, canavarların vurulması qadağan olduğundan yırtıcıları tüfənglə vurmağa çəkinirlər.

Xəbər lenti
0