BAKI, 3 noyabr — Sputnik. Qubada yağan güclü qardan sonra canavar sürüsü Qubanın Xınalıq kəndinə girib.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, 7 canavardan ibarət sürü bu gecə kəndə girib.
Kənd camaatı ayıq-sayıq olduğundan, sakinlərə heç bir ziyan dəyməyib.
Səhər açıldıqdan sonra yırtıcılar kəndi tərk edib.
Sakinlərin sözlərinə görə, canavarların vurulması qadağan olduğundan yırtıcıları tüfənglə vurmağa çəkinirlər.