17:23 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
4610

Agentlik sözçüsü qeyd edib ki, bu xəbərdarlığın edilməsində məqsəd sürücüləri cərimələməklə qorxutmaq yox, maarifləndirməkdir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. Paytaxt küçələrində qanunsuz parklanmaya intellektual nəzarət sistemi çərçivəsində kameraların quraşdırılmasının növbəti mərhələsi başlayacaq.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, sistemin əhatə dairəsinin genişləndirilməsi paytaxtın digər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarında da kameraların quraşdırılması ilə bağlı tədbirlərin növbəti mərhələsi olacaq: "Qanunsuz parklanmaya intellektual nəzarət sisteminin əsas komponenti olan kameralar vasitəsilə əldə edilən məlumatların, dövlət başçısının müvafiq Fərmanında qeyd edildiyi kimi, mərkəzi informasiya sisteminə inteqrasiyası da təmin edilib. Bir daha sürücülərə parklanma zamanı daha diqqətli olmağı, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmələrini, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmağı tövsiyə edirik".

M.Ağayev yeni dərs ili ərəfəsində təhsil müəssisələrinin ətrafında da qanunsuz parklanmaya nəzarətin aparılacağını bildirib. Onun sözlərinə görə, əksər məktəblərin ətrafında kameralar vasitəsilə nəzarət aparılır. Olmayan yerlərdə isə kameraların quraşdırılması davam edəcək. Agentlik sözçüsü qeyd edib ki, bu xəbərdarlığın edilməsində məqsəd sürücüləri cərimələməklə qorxutmaq yox, maarifləndirməkdir.

Teqlər:
BNA, orta məktəb, Bakı, müşahidə kameraları, kamera

Əsas mövzular