"Bayram oğrusu" - 82 yaşlı kişi 400 min dollar dəyərində zinət əşyalarını oğurlayıb

© © Spencer Platt/Getty Images/AFPNyu-York polisi, arxiv şəkli
Nyu-York polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
O, oğurluğa girdiyi mənzillərin boş olduğunu giriş qapısında yığılmış qəzetlərdən təyin edirmiş

BAKI, 10 sentyabr — Sputnik. 82 yaşlı amerikalı Semuel Sabatino tətil və bayram günlərində ABŞ-ın müxtəlif ştatlarına səyahət edərək böyük oğurluqlar həyata keçirib.

Sputnik Azərbaycan "CNN" telekanalına istinadən xəbər verir ki, Sabatino bayram günlərində boş qalmış mənzilləri hədəf kimi seçib. Onun hətta qarovulçuların yanından sərbəst şəkildə keçərək binalara daxil olduğu bildirilir.

Polisin məlumatına görə, yaşlı kişi beş il ərzində təkcə Nyu-Yorkda 10 belə oğurluq həyata keçirib. Onun 400 min dollar dəyərində zinət və digər əşyaları oğurladığı bildirilir.

Müstəntiqlər Sabatinonu "bayram oğrusu" adlandırıblar.

Nyu-Yorklu detektiv Kevin Qyeras bu oğurluq faktlarını 2014-cü ildən bəri araşdırıb. 2015-ci ildə isə oğru mənzillərin birində quraşdırılmış videomüşahidə kameralarına düşüb. Müstəntiqlər oğrunun göründüyü kadrları yayımlayaraq şübhəli şəxsi tapmaq üçün ictimaiyyətin köməyini istəyiblər.

Bildirilir ki, Sabatino oğurluğa girdiyi mənzillərin boş olduğunu giriş qapısında yığılmış qəzetlərdən təyin edirmiş. Sonra isə o, mənzillərə daxil olaraq saatları, nişan üzüklərini, brilyant və qızıl bəzək əşyalarını götürürmüş.

Xəbər lenti
0