CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dahi yetişdirmək çətin deyil, yetər ki, nəfəs alsınlar

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidUşaqlar tənəffüs zamanı, arxiv şəkli
Uşaqlar tənəffüs zamanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizdə elə fikirləşirlər ki, uşaqları dərslə yükləməklə onları dahi etmək mümkündür. Bu, düzgün fikir deyil. Biz bu sindromdan uzaqlaşmalıyıq", - əməkdar müəllim Asif Cahangirov

Zülfiyyə Quluyeva, Sputnik Azərbayacan

BAKI, 14 sentyabr — Sputnik. Yeni tədris ili ərəfəsi müzakirə olunan əsas məsələlərdən biri də məktəblərdə tənəffüs müddətinin uzadılmasıdır.

Məhbuslar, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Böyük bəlaların kiçik “qaranquşları” – Gələcəyimizin görünməyən problemləri
 Hətta ekspertlər də məktəblərdə 5-15 dəqiqəlik tənəffüs müddətinin çox qısa olduğunu söyləyirlər. Sputnik Azərbaycan ümumtəhsil müəssisələrində tənəffüs müddətinin uzadılmasının zəruri olub-olmadığını araşdırıb.

Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, orta məktəblərdə tənəffüs müddətinin uzadılması üçün Milli Məclisə müraciət edib. Onun sözlərinə görə, Azərbaycanda məktəblərdə dərs yükü artıb:

"Məktəblilərin sağlam qidalanması üçün 10-15 dəqiqəlik tənəffüs vaxtı kifayət etmir. Bunu nəzərə alaraq, Milli Məclis qarşısında məsələ qaldırmışdım ki, məktəblərdə ictimai qidalanma blokları olmalıdır. Bu blokların kifayət qədər sayda oturaq yerləri və 20 dəqiqə tənəffüs vaxtı olmalıdır ki, şagirdlər sağlam qidalana bilsinlər".

İ. Əhmədov deyir ki, hazırda şagirdlərin çoxu məktəblərdə ayaqüstü qidalanır. Bu isə böyüməkdə olan uşaqların sağlamlığına təsirsiz ötüşmür: "Biz savadlı gələcək qurmazdan öncə sağlam nəsil yetişdirməliyik. Bunun üçün məktəblərdə uşaqların qidalanması məsələsinə diqqət yetirmək lazımdır. Bu gün Bakıda məktəblərin əksəriyyəti ikinövbəli olduğundan, dərslər saat 08:00-da başlayır. Deməli, məktəbə gedən uşaqlar səhər yeməyini 07:30-a qədər yeyirlər. Təbii ki, belə halda uşaq saat 10-11 olmamış acmalıdır.

Mirzə Fətəli Axundov adına 1 saylı tam orta məktəb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təhsilin "kölgədə qalmış" problemi - Söhbət nə kitabdan, nə də müəllimdən gedir
Bu zaman uşaqlar ya bufetə gedirlər, yaxud da valideynlərinin evdən çantalarına qoyduğu buterbrodla qidalanırlar. Məktəblərdə böyük tənəffüsün müddəti az olduğundan uşaqlar rahat şəkildə yemək yeyə bilmirlər".

Şöbə müdiri hesab edir ki, 5 dəqiqə kiçik tənəffüs də uşağın zehni yorğunluğunun aradan qalxması üçün kifayət deyil: "Bu gün məktəblərdə dərs proqramının çətin olduğu heç kəsə sirr deyil. Belə olan halda şagirdin dərslərarası istirahət etməyə ehtiyacı yaranır. Tənəffüs müddəti uşağın dərs yorğunluğunun çıxması üçün vacibdir. 5 dəqiqəlik tənəffüsdə uşaq dəhlizin o başına çatmamış zəng vurulur. Kiçik tənəffüs 10 dəqiqə olarsa, şagirdin zehni baxımdan dincəlməsi mümkündür".

Qeyd edək ki, zehni yorğunluq tədrisin keyfiyyətinə birbaşa təsir edən mənfi amillərdəndir. Dünyanın təhsil sahəsində öndə gedən ölkələrində dərslərarası fasilə 20-30, hətta 40-50 dəqiqəyə qədər uzanır. Bu, həm şagirdlərin, həm də müəllimlərin zehni yorğunluğunun aradan qaldırılması üçün uğurlu təcrübə hesab olunur.

Əməkdar müəllim Asif Cahangirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 5 dəqiqəlik tənəffüs indiyədək heç sovet təhsil sisteminin sanitar-gigiyenik tələblərində belə olmayıb. A. Cahangirov deyir ki, təhsil sahəsində inkişaf edən ölkələrin çoxunda kiçik tənəffüs müddəti 10 dəqiqə, böyük tənəffüs müddəti isə 30 dəqiqədir:

"Bizdə elə fikirləşirlər ki, uşaqları dərslə yükləməklə onları dahi etmək mümkündür. Bu, düzgün fikir deyil. Biz bu sindromdan uzaqlaşmalıyıq. Məktəbdə belə uşaqlardan öz uşaqlığını almamalıyıq. Uşağın enerji imkanlarını nəzərə almaq lazımdır. Ən kiçik tənəffüs 10 dəqiqə olmalıdır".

A. Cahangirov birnövbəli məktəblərdə bunun mümkün olduğunu söyləyir: "Bu gün məktəblərdə tənəffüs müddətinin qısa olmasının bir səbəbi Bakıda məktəblərdə şagird sıxlığıdır. Buna görə məktəblərin çoxu iki növbə işləyir. Bu halda məcburdurlar ki, dərslərarası fasiləni azaltsınlar. Amma dərs saat 08:00-da başlayıb 14:00-da başa çatan məktəblərdə bu mümkündür. Özəl orta təhsil müəssisələrinin bu məsələdə yaxşı təcrübəsi var. Dərslər saat 09:00-da başlayıb 16:00-da başa çatır. Amma şagirdlərə dərslərarası dincəlməyə imkan yaradılır".

Azərbaycanlıların sevdikləri ölkədə acınacaqlı durumu: minlərlə uşaq...>>

Əməkdar müəllim təhsil sistemi ilə öndə gedən Finlandiyada böyük tənəffüs müddətinin 30 dəqiqə olduğunu söyləyir: "Bu ölkədə şagirdlərin açıq havada gəzməsi üçün vaxt ayrılır. Finlandiya yağışlı ölkədir. Orada şagirdlər üçün yağışlı gündə belə hava almaları üçün imkan yaradılıb. Bəzi ölkələrdə hətta dərs müddətində iki 30 dəqiqə tənəffüs verilir. Belə halda şagird də, müəllim də zehni baxımdan dincəlmək imkanı əldə edir. Şagird növbəti dərsi daha yaxşı qavrayır. 5 dəqiqə fasilə ilə dərsə davam etmək düzgün deyil".

Baş pediatr Nəsib Quliyev də məktəblərdə tənəffüs müddətinin uzadılmasının tərəfdarıdır. Həmsöhbətimiz deyir ki, şagirdlər üçün böyük tənəffüs müddətinin 10 dəqiqə, 15 dəqiqə olması yolverilməzdir: "Şagird böyük tənəffüsdə dincəlməlidir. Eyni zamanda qidalanmalıdır. 10 dəqiqə şagirdin normal qidalanmasına yetərli deyil. Mənim fikrimcə, böyük tənəffüs üçün ən azı 30 dəqiqə olmalıdır".

N. Quliyevin sözlərinə görə, bundan əlavə, məktəblərdə isti yemək üçün bufetlərdə imkan yaradılmalıdır:

"Tənəffüs müddəti artırılmalı, şagirdlərə məktəblərdə isti yemək təklif olunmalıdır. Uşaqları fast-fud, ayaqüstü qidalanmadan çəkindirmək lazımdır. Uşaqlar tənəffüs müddətində sinifdən çıxmalıdırlar. Hərəkət etməlidirlər, yemək üçün bufetə getməlidirlər. Bütün bunlar uşağın sağlamlığı baxımdan önəmlidir".

Qeyd edək ki, hazırda məktəblərdə tənəffüs müddəti məktəblər tərəfindən müəyyən edilir.

Xəbər lenti
0