01:01 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Sumqayıt-Bakı yolu, arxiv şəkli

Sürücülərə bu ərazilərdə avtobus saxlamağa icazə verilməyəcək

© Photo : Sabina Aliyeva
CƏMİYYƏT
Qısa URL
35 0 0

Belə daşımalar yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə avtovağzaldan-avtovağzala, yaxud bu şəhərlərdəki əmək və ya təhsil müəssisələri ilə bağlanmış müqavilə əsasında yerləşdikləri ünvana daşınmaqla servis xidmətləri həyata keçirilə bilər

BAKI, 12 sentyabr — Sputnik. Yeni dərs ilinin başlanması ilə əlaqədar Sumqayıtdan Bakı şəhərinə və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərin nəzərinə çatdırılır ki, bu marşrut üzrə hərəkət edən avtobus və mikroavtobusların Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mkr dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə icazə verilməyəcək.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, belə daşımalar yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə avtovağzaldan-avtovağzala, yaxud bu şəhərlərdəki əmək və ya təhsil müəssisələri ilə bağlanmış müqavilə əsasında yerləşdikləri ünvana daşınmaqla servis xidmətləri həyata keçirilə bilər: "Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, insanların həyat və sağlamlığı üçün təhlükə yaratmayacaqlar".

Əlaqədar

Bakıya yeni avtobuslar gətirilir
Bakıda vandalizm: avtobusun şüşəsini sındırdılar

Əsas mövzular