CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sakinlər şikayət etdilər, avtobuslarını yenilədilər

© REPORTYeni sərnişin avtobusları
Yeni sərnişin avtobusları - Sputnik Azərbaycan
Abunə olmaq
300 ədəd müasir və komfortlu avtobuslar nəzərdə tutulan plana uyğun olaraq paytaxta gətirilir və sərnişinlərin də istəkləri nəzərə alınaraq, daha çox ehtiyac görülən həmin istiqamətlərdə yeni marşrutlar istifadəyə verilir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr — Sputnik. Paytaxtda iki marşrut üzrə avtobuslar yenilənib. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Qara Qarayev qəsəbəsi-Bakıxanov istiqamətində hərəkət edən 76 və 78 saylı marşrut xətti ilə hərəkət edən avtobuslar təmir olunub, "Daewoo" markalı avtobuslarla əvəzlənib.

Sındırılmış pəncərə şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda vandalizm: avtobusun şüşəsini sındırdılar

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, buna qədər həmin marşrut xətlərində köhnə, istismara yararsız, sərnişin tutumu az olan avtobuslar işləyib. Onun sözlərinə görə, avtobusların yararsız olması səbəbindən sərnişinlər tərəfindən agentliyə şikayətlər daxil olurdu. Ona görə də xətlərin dayşıyıcısı dəyişiləndən sonra avtobuslar da yeniləri ilə əvəzlənib: "Daxil olan vətəndaş müraciətlərinin təhlili, eyni zamanda aparılan monitorinqlər nəticəsində 76 və 78 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobusların sərnişin tələbatını ödəmədiyi müəyyən edilib. Həmçinin ötən dövrdə hər iki xətlə bağlı sərnişinlərdən "ALO141" Çağrı Mərkəzinə çoxsaylı şikayətlərin daxil olmasına baxmayaraq, daşıyıcı şirkət "Azlənd Plaza" MMC tərəfindən mövcud çatışmazlıqların aradan qaldırılması üçün təsirli tədbirlər görülməyib. Qeyd olunanları nəzərə alaraq, "Azlənd Plaza" MMC 76 və 78 nömrəli müntəzəm marşrut xətlərinin müvəqqəti istismarına dair müqaviləyə xitam verilib. Hər iki marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi müvəqqəti olaraq "Şidli-A.İ" şirkətinə həvalə edilib. Sözügedən marşrutlar üzrə sərnişinlərə daşıyıcı şirkət tərəfindən əsaslı təmir edilmiş və nisbətən iritutumlu "Daewoo BS090" markalı avtobuslar xidmət göstərəcək".

Mais Ağayev əlavə edib ki, bu tədbirlərin görülməsində əsas məqsəd avtobus parkının yenilənməsidir: "Bu avtobuslar nisbətən iritutumlu avtobuslardır. Ümumilikdə BNA-nın daşıyıcılar qarşısında qoyduğu tələbə əsasən ötən dövr ərzində paytaxtda təxminən 1500-ə yaxın avtobus əsaslı təmir olunaraq sərnişinlərin istifadəsinə verilib. Avtobus parkının yenilənməsi işləri çərçivəsində daşıyıcılar tərəfindən paytaxta yeni avtobuslar gətirilib. Təxminən son 3 ildə 200-ə yaxın avtobus gətirilərək istismara verilib".

Qeyd edək ki, Bakı şəhərində avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir. Ölkə başçısının müvafiq Sərəncamına əsasən alınan 300 ədəd müasir və komfortlu avtobuslar nəzərdə tutulan plana uyğun olaraq paytaxta gətirilir və sərnişinlərin də istəkləri nəzərə alınaraq,daha çox ehtiyac görülən həmin istiqamətlərdə yeni marşrutlar istifadəyə verilir.

Xəbər lenti
0