CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimnaz Sultanova çimərlik geyimində: "İstirahət vaxtı da işləyirəm" - FOTO

Abunə olmaq
Çimnaz Sultanova bu həftə istirahətini bitirdikdən sonra Azərbaycana qayıdacaq. Bu yaxınlarda o yeni klipini sevənlərinə təqdim edəcək

BAKI, 2 sentyabr — Sputnik. Aktrisa Çimnaz Sultanova tətil üçün Antalyaya yollanıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi istirahət üçün səfərə çıxsa da, getdiyi yerdə yenə kamera qarşısına keçib. Aktrisa çimərlik geyimində pozlar verib. Öz "Instagram" profilində paylaşım edən aktrisa "Mən istirahətdə də işləyirəm. Antalyanın ən güclü fotoqrafı ilə iş birliyimiz" fikirlərini əlavə edib.

Çimnaz Sultanova bu həftə istirahətini bitirdikdən sonra Azərbaycana qayıdacaq. Bu yaxınlarda o yeni klipini sevənlərinə təqdim edəcək.

Qeyd edək ki, Çimnaz Sultanova Bakıda anadan olub. Uşaqlıqdan Moskva şəhərində yaşayan aktrisa, təhsilini Almaniyada alıb. "Sənə inanıram" serialı, "Yüz kağız" filmi, "Qisas" serialı, "Vicdan haqqı" seriallarında yadda qalan obrazlar yaradıb.

Xəbər lenti
0