BAKI, 2 sentyabr — Sputnik. Aktrisa Çimnaz Sultanova tətil üçün Antalyaya yollanıb.
Sputnik Azərbaycan xəbər verir ki, sənətçi istirahət üçün səfərə çıxsa da, getdiyi yerdə yenə kamera qarşısına keçib. Aktrisa çimərlik geyimində pozlar verib. Öz "Instagram" profilində paylaşım edən aktrisa "Mən istirahətdə də işləyirəm. Antalyanın ən güclü fotoqrafı ilə iş birliyimiz" fikirlərini əlavə edib.
Çimnaz Sultanova bu həftə istirahətini bitirdikdən sonra Azərbaycana qayıdacaq. Bu yaxınlarda o yeni klipini sevənlərinə təqdim edəcək.
Qeyd edək ki, Çimnaz Sultanova Bakıda anadan olub. Uşaqlıqdan Moskva şəhərində yaşayan aktrisa, təhsilini Almaniyada alıb. "Sənə inanıram" serialı, "Yüz kağız" filmi, "Qisas" serialı, "Vicdan haqqı" seriallarında yadda qalan obrazlar yaradıb.