CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təbiətin qatilləri çoxalıb: Bilərəkdən də, bilməyərəkdən də hər şeyi məhv edirlər

© AP Photo / Ioanna SpanouРаботы по тушению лесных пожаров, фото из архива
Работы по тушению лесных пожаров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyinin qorunmasında əsas məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin üzərinə düşür

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Bir neçə gün öncə Qubanın Gədikqışlaq və Zərqəva kəndlərinin ərazisində yerləşən meşə massivi yaxınlığında yanğın başlayıb və 20 hektara yaxın ərazi yanıb. Dünən isə Lerik rayonunun Yuxarı Təngivan kəndi ilə sərhəddə, Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb.

Hirkan Milli Parkında yanğın - Sputnik Azərbaycan
HADİSƏ
FHN təyyarəsi Hirkandakı yanğını söndürür – VİDEO

Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən və hava nəqliyyatından istifadə olunur.

Bundan əlavə, son günlər ölkənin müxtəlif ərazilərindəki meşə massivləri yaxınlığında da yanğınlar qeydə alınıb.

Bəzi məlumatlara görə, baş verən yanğınların əsas səbəbi əkin sahələrinin münbitləşdirilməsi üçün törədilən yanğınlardır. Fermerlər əkin sahələrinin növbəti ilə hazırlanması üçün qəsdən yanğın törədir, sonradan isə onun qarşısını ala bilməyərək, meşə yanğınlarının baş verməsinə səbəb olurlar.

Bəs ard-arda baş verən yanğınlar zamanı məsuliyyəti hansı qurum daşıyır? Əkin sahələrinin bilərəkdən yandırılması zamanı hansı cərimələr tətbiq edilir? Sputnik Azərbaycan bu suallara cavab tapmaq üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayevlə söhbətləşib.

© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev
 Təbiətin qatilləri çoxalıb: Bilərəkdən də, bilməyərəkdən də hər şeyi məhv edirlər - Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev

- Elnur müəllim, meşə yanğınlarının söndürülməsində əsas maneələr nə olur? Və bu yanğınların söndürülməsinə birbaşa məsul qurum hansıdır?

- Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyinin qorunmasında əsas məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin üzərinə düşür. Yerlərdə isə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin yerinə yetirilməsi işi Meşə Mühafizəsi və Bərpası müəssisələrinin, dövlət qoruqlarının və yasaqlıqlarının direktorlarının və mühəndislərinin vəzifəsidir. Meşə Mühafizəsi və Bərpası müəssisələrinin, dövlət qoruqlarının və yasaqlıqlarının direktorları və mühəndisləri, meşələrdə bu qaydaların tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.

Meşə Mühafizəsi və Bərpası müəssisələrinin rəhbərləri meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etməyə və ona ciddi riayət olunmasını daima nəzarətdə saxlamağa, yanğınsöndürmə texnikalarının və vasitələrinin, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini daima yoxlamağa, kollektivin iş fəaliyyətinə nəzarət etməyə, meşələrdə və meşə zolaqlarında müvəqqəti tikililərin aparılmasını qadağan etməyə, yanğın texniki komissiya və könüllü yanğın dəstəsi yaradaraq, onların fəaliyyətini qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq təşkil etməyə borcludurlar. Onlar meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılmasının, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsinin yanğına səbəb olması ilə bağlı əhali arasında daim maarifləndirici söhbətlər aparmalı, müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxili yanma mühərrikli aqreqatların yanacaqla doldurulmasına, Dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin müəssisələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılmasına imkan verməməlidirlər.

Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda hündürmərtəbəli binada yanğın olub, sakinlər təxliyə ediliblər

Yanğın təhlükəsizliyi sahəsində Meşə Mühafizəsi və Bərpası müəssisələri yanğın təhlükəsizliyi tələblərinə riayət etməyə, habelə Dövlət Yanğın Nəzarəti Orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirməyə, meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamağa və həyata keçirməyə, yanğına qarşı təbliğat aparmağa, habelə öz işçilərinə yanğın təhlükəsizliyi qaydalarını öyrətməyə, yanğınların törənməsi və yayılması səbəblərini, şəraitini müəyyənləşdirməyə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsirli olan şəxslərin aşkar edilməsində yanğın təhlükəsizliyi orqanlarına köməklik göstərməyə borcludurlar.

- Meşələrdə yanğın baş verdiyi zaman bu hadisələrin məsuliyyətini kim daşıyır?

- Odvurma və ya odla ehtiyatsız davranma nəticəsində meşənin məhv edilməsinə və ya qismən yandırılmasına, habelə "Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi qaydaları"nda göstərilmiş yanğın təhlükəsizliyi tələblərinin pozulmasına, bununla da meşə yanğını törədilməsinə, yaxud onun geniş sahəyə yayılmasına görə təşkilati - hüquqi və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, müvafiq məsuliyyət daşıyırlar. 

Горит Гирканский Национальный парк в Азербайджане - Sputnik Azərbaycan
HADİSƏ
Hirkan parkında yanğın başlayıb
Bu Qaydaların 6.1.1 yarımbəndini pozan vətəndaşlar və vəzifəli şəxslərin hərəkətlərində cinayət tərkibi olarsa, onlar qüvvədə olan qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Meşələrdə yanğın təhlükəsizliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin daim diqqət yetirdiyi məsələlərdəndir. Xidmət Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına yanğın təhlükəsizliyi qaydalarına əməl olunması və tədbirlər görülməsi ilə bağlı məktublar ünvanlayır, yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri olan məsələləri qaldırır. Belə ki, məktublarda icra hakimiyyəti orqanlarına avtomobil yollarının kənarlarının kol-kosdan təmizlənməsinin, biçilmiş taxıl sahələrinin yandırılmasına yol verilməməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamağın və həyata keçirməyin vacibliyi qeyd edilir. Çünki isti yay günlərində kənd yerlərində xüsusilə ehtiyatlı davranmaq tələb olunur. Adicə söndürülməmiş siqaret kötüyünün hərəkətdə olan maşının pəncərəsindən çölə atılması ciddi fəsadlarla - böyük meşə və biçilməmiş taxıl sahələrinin yanması ilə nəticələnə bilər. Yaxud həyətlərdə qurulan ot, küləş tayalarına od düşər. Bu isə kəndlinin ağır zəhmət hesabına topladığı yemin bir andaca itirilməsi deməkdir.

Biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması nəticəsində təkcə fermerlərə, kənd adamlarına deyil, həm də dövlətə ziyan dəyir. Yanğınsöndürmə avtomobilinin işlədilməsi, yanacaq, su sərfi, şəxsi heyətin əməyi, əlbəttə bütün bunlar əlavə xərc deməkdir.

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Sputnik Azərbaycan-ın əməkdaşı Şabrandakı yanğında xəsarət aldı

Qeyd edim ki, Azərbaycan Respublikası da digər dövlətlər kimi meşə yanğınlarından sığortalanmayıb. Baş verən yanğınların qarşısının vaxtında alınmasına baxmayaraq, hər il belə hadisələrə ölkənin müxtəlif bölgələrində təsadüf olunur. Yanğınların bir hissəsi ildırım çaxması nəticəsində baş versə də, ölkəmizdəki meşə yanğınlarının törənməsində insan amili əsas rol oynayır. İnsanların səhlənkarlığı, səhvi ucbatından hər bir kvadratmetr sahəyə yayılan yanğın qiymətli ağac və kolların yanıb məhv olması ilə nəticələnir.

Təbiətin qoynunda dincələn hər bir insan ağacların, sıx kolların və göz oxşayan yaşıllığın nə qədər vacib olduğunu dərk etsə də, təəssüflər olsun ki, bəzən insanlar həyatları üçün mühüm əhəmiyyət kəsb edən, sağlamlığımıza xidmət edən meşələrin bilərəkdən və ya bilməyərəkdən əsl qatilinə çevrilərək, birbaşa öz sağlam həyatlarına və təbiətə ziyan vururlar.

Meşələrdə və dövlət təbiət qoruqlarında yanğınların qarşısını vaxtında almaq və yanğın təhlükəsizliyini təmin etmək üçün tərəfimizdən daim və vaxtaşırı tədbirlər həyata keçirilir, maarifləndirmə işlərinə isə xüsusi yer verilir.

Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli idarələri tərəfindən taxıl yetişdirilməsi və tədarükü zamanı, eləcə də meşə və qoruqlarda baş verə biləcək yanğınların qarşısının alınması, yanğınların xəbərdar edilməsi məqsədilə hər il olduğu kimi bu il də yanğın təhlükəsizliyinə dair tədbirlər planı işlənib hazırlanmış, profilaktiki tədbirlərin səmərəliliyinin artırılması və müsbət nəticələrə nail olunması istiqamətində yerli rayon icra hakimiyyətləri, bələdiyyə orqanları, "Aqrolizinq" ASC-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yaşıllaşdırma Müəssisəsinin, eləcə də Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Milli Parkın rəhbərləri, fermerlərlə müvafiq tədbirlər həyata keçirilib. 

Qaxın İlisu kəndində turistlər üçün heç bir infrastruktur yoxdur - Sputnik Azərbaycan
HADİSƏ
İlisu Dövlət Təbiət Qoruğunda yanğın baş verib
Həmçinin bu sahədə müsbət nəticələrə nail olunması üçün aqroservis və digər aidiyyəti təşkilatların nümayəndələri cəlb edilməklə, geniş seminar-müşavirələr keçirilmiş, yanğın təhlükəsizliyi qaydalarının izahı və təbliği məqsədilə plakatlar, bukletlər paylanılıb, təbliğat xarakterli stendlər nümayiş etdirilib.

- Elnur müəllim, əkin yerlərinin yandırılması zamanı hansı cərimələr tətbiq edilir?

- Xüsusilə qeyd etmək istərdim ki, İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsində nəzərdə tutulan əkin yerinin yandırılmasına görə - fiziki şəxslərin dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslərin min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslərin beş min manatdan altı min manatadək məbləğdə cərimə edilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərinə aid edilib.

Torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri və qoruqlar Azərbaycanın ən qiymətli milli təbii sərvətlərindən hesab olunur. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, yanğın təhlükəsizliyi norma və qaydalarına əməl etmək hamının vətəndaşlıq borcudur!

Xəbər lenti
0