BAKI, 20 avqust — Sputnik. Şabran şəhərində yaşayış binasında baş verən yanğın söndürülüb.
Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, əlillər yaşayan 4 mərtəbəli binada baş verən yanğından sonra xəstəxanaya 7 nəfər gətirilib.
51 yaşlı kişi sağ topuğun kəsilmiş yarası, 29 yaşlı kişi və 16, 42, 35, 24 və 30 yaşlı qadınlar isə stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər. Onlardan 2-si cərrahiyyə şöbəsinə, 5 nəfər isə reanimasiyaya yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.
Bildirək ki, xəsarət alanlar arasında Sputnik Azərbaycan-ın əməkdaşı Leyla Abdullayeva da var. O, hazırda reanimasiya şöbəsindədir.