05:34 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Avtovağzal

Azərbaycandan bu istiqamətə sərnişin axını olub

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
6 0 0

Bu il Azərbaycandan Moskvaya, Batumiyə və İstanbula gedən sərnişinlərin sayında sıxlıq müşahidə olunub

BAKI, 14 avqust — Sputnik. Qurban bayramı günlərində - avqust ayının 8-dən 13-ü günün sonuna qədər respublikanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 96747 nəfər sərnişin daşınıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib. N.Allahyarova bildirib ki, sərnişinlərdən 18365 nəfəri dünən regionlardan paytaxta qayıdanlar olub: "Ümumilikdə, bayram günləri ərzində hər gün 450-ə qədər reys xətdə olub. Həmin reyslərin 250-si müntəzəm, 200-ə yaxın reys qeyri-müntəzəm marşrut xətlərində olub, 40-a yaxın reys isə beynəlxalq daşımalara cəlb edilib".

N.Allahyarova qeyd edib ki, ötən illə müqayisədə Qurban bayramı günlərində bu il Azərbaycandan Moskvaya, Batumiyə və İstanbula gedən sərnişinlərin sayında sıxlıq müşahidə olunub.

Əlaqədar

Rayonlara avtobusla getmək istəyənlərə şad xəbər: çox rahat olacaq - Foto
Sürücülərə çağırış: "Bayramda ailələrin həyatıyla oynamayın"
Teqlər:
istiqamət, sərnişin daşıma, sərnişin, avtobus

Əsas mövzular