12:37 20 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb

Bakıda küçələrdən biri tamamilə dəyişir - FOTO

© BNA-nin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
28 0 0

Əsas dəyişikliklər səkilərin yolun hərəkət hissəsinə doğru genişləndirilməsi vasitəsilə təşkil ediləcək

BAKI, 14 avqust — Sputnik. Dövlət başçısının tapşırığına əsasən, Məhəmməd Hadi küçəsində yol hərəkətinin təhlükəsizliyinin artırılması, fövqəladə hallar zamanı operativ nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yol infrastrukturunda bir sıra dəyişikliklər həyata keçirilir.

  • Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb
    Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb
    © BNA-nin mətbuat xidməti
  • Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb
    Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb
    © BNA-nin mətbuat xidməti
  • Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb
    Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb
    © BNA-nin mətbuat xidməti
1 / 3
© BNA-nin mətbuat xidməti
Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb

Bu barədə Sputnik Azərbaycan-a BNA-dan məlumat verilib. Xəbərdə bildirilir ki, nəzərdə tutulan işlər çərçivəsində Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb. Bu zaman müasir küçə dizaynının elementlərindən istifadə edilib. Əsas dəyişikliklər səkilərin yolun hərəkət hissəsinə doğru genişləndirilməsi vasitəsilə təşkil ediləcək ki, bunun da bir sıra üstünlükləri vardır.

Bakı son onilliklərin ən böyük dəyişikliyi ərəfəsində, paytaxt "kiçiləcək"

Planlaşdırılan dəyişikliyin əsas üstünlükləri isə aşağıdakılardır:

• Piyadalar üçün piyada keçid məsafəsinin azaldılması və gözləmək üçün daha geniş səkinin təmin edilməsi;

• Ərazidə müşahidə edilən xaotik parklanma vəziyyətinin nizamlanması;

• Yol kəsişmələrində nəqliyyat vasitələri üçün münasib dönmə radiuslarının təşkili;

• Avtobus və taksi minik avtomobilləri üçün xüsusi yerlərin ayrılması.

Qeyd edək ki, işlərin bu ay ərzində yekunlaşması nəzərdə tutulub. Analoji tədbirlər yol infrastrukturunun imkan verdiyi digər küçələrdə də icra ediləcək.

Teqlər:
səki, plan, dəyişiklik, küçə, Bakı

Əsas mövzular