CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kim nə deyər bizdə olan qeyrətə - bulağa ad qoyub düşdük zillətə

© Sputnik / Musa MuradliŞəhid anası Səltənət Musayeva
Şəhid anası Səltənət Musayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Bərdənin Mirzəxan kəndində şəhidin adına həm bağça var, həm də bulaq. Ancaq ikisi də göz dağına çevrilib

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Bərdənin Mirzəxan kəndində 2014-cü ildə içməli su layihəsi icra olunub. İcma əsaslı fəaliyyət əsasında kənd sakinlərindən müəyyən qədər məbləğdə pul da yığılıb. Kimin gücü nəyə yetirsə, kimi 10 manat, kimi 20 manat layihəyə dəstək olub. Kənd sakinlərinin dediyinə görə, layihə hansısa şirkət tərəfindən icra olunub.

Sputnik Azərbaycan bildirir ki, gözəl, savab əməl yerinə yetirilərkən kəndin müxtəlif yerlərində 4 bulaq inşa olunub ki, biri də şəhid Müşviq Musayevin xatirəsinə ehtiram əlaməti olaraq ehsan bulağı adlandırılıb. Üzərinə qara mərmərdən hazırlanmış şəkilli lövhə də vurulub. Vətənpərvərliyin təbliği baxımından gözəl addımdır. Eyni zamanda, bu, şəhidin anası, ailəsi üçün həm də bir təsəllidir. Ancaq vətənpərvərliyin bariz nümunəsi olan şəhidin bulağına gələn suyun quruması, icra hakimiyyətinin, bələdiyyənin seyrçi qalması, Vətən uğrunda verilən canın belə urvatsız edilməsi kənd sakinlərini də "Vətən üçün can verməyə dəyərmi?" sualı ilə düşünməyə vadar edir. Şəhidin anası suyu qurumuş bulağı görəndə yarası yenidən qanayır. Bu şəkilli lövhənin əks olunduğu bulağa baxdıqca yanıb-yaxılır.

© Sputnik / Musa MuradliMirzəxanlılar dörd bulaqdan heç birində su olmadığını bildiriblər
Kim nə deyər bizdə olan qeyrətə - bulağa ad qoyub düşdük zillətə - Sputnik Azərbaycan
Mirzəxanlılar dörd bulaqdan heç birində su olmadığını bildiriblər

“Oğlum 1992-ci ildə Ağdərənin Drombon kəndində şəhid olub. Bulağa oğlumun şəklinin vurulmasını təklif edəndə xeyli düşündüm. Oğlumun son nəfəsində dünyadan susuz köçdüyü ağlıma gəldi. Fikirləşdim ki, bu bulaqdan su içən, su götürən desin ki, Allah sənə rəhmət eləsin! Mənim təsəllim ancaq bu ola bilərdi. Vətən sağ olsun, bayrağımız uca olsun! Oğlumun adı bulağa veriləndən sonra vur-tut bircə il suyu gəlib. Ondan bəri bulağın suyu kəsilib. İndi bulağı belə görəndə üzülürəm. Hansı hisslər keçirirəm, onu bir Allah bilir. Dəfələrlə İcra Hakimiyyətində olmuşam. Yerli hökumətimizə müraciət eləmişəm ki, ya gəlin bulağa su verin, ya da  şəkli oradan çıxarın, verin özümə, mən də bu rəzaləti görüb, yaşadığım əzablardan heç olmasa azad olum. Çox demişəm, şəkli çıxarın! Ancaq mənim, bir şəhid anasının sözünü  eşidən yoxdur”, - deyə şəhid Müşviqin anası Səltənət Musayeva Sputnik Azərbaycan-ın bölgə müxbirinə deyib.

Mirzəxanlılar dörd bulaqdan heç birində su olmadığını bildiriblər. Kənd sakini Əhməd Yusifov deyib ki, onlara gələn suyu bir neçə həmkəndlisi öz həyətlərinə aparıb: "Ekanla İsrayıl deyirlər ki, artezian bizimdir. Oradan sizə su vermirik.

Kəndinin sakinləri 25 ildən artıqdır suvarma və içmək suyuna həsrətdirlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanın bu kəndində sizə kimsə içməyə bir stəkan su verməz
 Amma artezian yüz ilə yaxındır ki, qazılıb, yerdən özü qaynayır. Bu adamlar kəndə gələn suyun qabağını kəsib evlərinə çəkiblər. Onlar rahatca sudan istifadə etdikləri halda, bizim qadınlar kəndin bu başından o başına kilometrlə yol gedib su gətirməli olurlar”.

Kənd sakini Azər Yusifov bildirib ki, kənddə içməli su layihəsi 2014-cü ildə bir şirkət tərəfindən icra olunub. Kənddə yaşayanlar da hamılıqla bu layihəyə maddi dəstək göstəriblər. Ancaq bulaqlar çəkiləndən bir müddət sonra suları quruyub.

Şəhid Müşviqin qardaşı Bəhruz Musayev bulaqların qurumasında əlaqədar təşkilatları günahlandırıb: "Su çəkiləndə bizdən 10 manatdan pul yığılıb. Hamının bu layihənin başa gətirilməsində haqqı var. Ancaq təəssüf ki, su çəkiləndən az sonra icmanın istifadəsi üçün nəzərdə tutulmuş bulaq qurudu. Buna da səbəb bəzi adamların, suyun mənbəyinə yaxın olanların müdaxilələridir. Onlar arteziana daha aşağı səviyyədən olmaqla borular qoşublar ki, bu da suyun ancaq onlara axmasına səbəb olur. Nəticədə şəhid bulağına su gəlmir. Vətən uğrunda canından keçənin xatirəsinə hörmət qoyulmursa, buna hansı adı vermək olar? Şəhidimizin adına kitab da var, Müdafiə Nazirliyi də bu əsgər haqqında məlumatlıdır. Ancaq bir bulağın timsalında şəhidimizə göstərilən münasibət budur. Şəhid bulağının dörd yanında güllər əkilib-becərilməli olduğu halda, ətrafı bərbad haldadır, özünə də ki su gəlmir".

© Sputnik / Musa MuradliKənd sakini Əhməd Yusifov bildirib ki, onlara gələn suyu bir neçə nəfər həmkindliləri həyətlərinə aparıblar
Kim nə deyər bizdə olan qeyrətə - bulağa ad qoyub düşdük zillətə - Sputnik Azərbaycan
Kənd sakini Əhməd Yusifov bildirib ki, onlara gələn suyu bir neçə nəfər həmkindliləri həyətlərinə aparıblar

Mirzəxanlılarla söhbət zamanı məlum olub ki, onlar suyun elektrik motorları vasitəsilə yüksəkdəki çənə vurularaq paylanmasının əleyhinədirlər. Çünki, elektrik xərclərini camaatdan toplamaq olmur. Bunun üçün də onlar çənin aşağı endirilməsini, öz axını ilə işləyən artezianın suyunun həmin çəndə toplanıb, kəndə ötürülməsini, artıq suyun digər sakinlərin həyətlərinə də aparılmasını təklif edirlər.

Mirzəxandakı artezianın halı həqiqətən də kənd sakinlərinin dediyi kimidir. Arteziana qoşulmuş çoxsaylı borular suyun kənd bulaqlarına çatmasına mane olur. Sakinlərin fikrincə, kənddəki 4 bulaqdan üçü işləməsə də olar. Heç olmazsa, şəhidin bulağına su verilsin.

İtkin döyüşçünün yoldaşlarından anaya inanılmaz sürpriz>>

Kənd sakinlərinin bulaq probleminə görə Mirzəxan-Qaraqoyunlu bələdiyyəsinin sədri Əziz Şəmilovla əlaqə saxlamaq istəsək də, cavabı konkret oldu: "Əşşi, məni narahat etməyin”.

Əvəzində Mirzəxan kənd icra nümayəndəsinin mavini Zamin Abdullayev məsələyə aydınlıq gətirdi. 

Azərsu ASC-nın əməkdaşları yeni boru xətti çəkirlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bağlar su problemi yaşayır, rəsmilər isə deyirlər ki…
Bildirdi ki, kənd sakinləri, xüsusilə də şəhid Müşviqin ailəsi haqlıdır: "Problemin yaranmasına səbəb kənd sakinlərinin elektrik enerjisinin haqqını ödəyə bilməmələri olub. Kənddəki bulaqların qoyulması "AZKİL" şirkəti tərəfindən icra olunub. Onlar işi kənd bələdiyyəsinə təhvil veriblər. Ondan sonrakı məsuliyyəti kənd bələdiyyəsi daşıyır. Bizim yerli icra nümayəndəliyinin rəhbəri Vəli müəllim kənd icma rəhbəri Nuraya xanımla, kənd bələdiyyəsinin sədri Əziz Şəmilovla danışıb. Tezliklə yuxarı qoyulan çən aşağı endiriləcək, arteziana qoşulan xətlər doğranacaq. Lazım olan tədbirlər görüləcək ki, kənd bulaqlarına su getsin. Xüsusilə də şəhid Müşviq Musayevin xatirəsinə qoyulmuş bulağın suyu bərpa olunacaq“.

Onu da bildirək ki, şəhid Müşviq Musayevin adının əbədiləşdirilməsi məqsədilə Mirzəxan kənd uşaq bağçası Vətən fədaisinin şərəfinə adlandırılıb. İndi onun da baxımsız, bərbad halda olması şəhidin anasını, ailəsini təsirləndirir. Onlar bağçada əvvəllər şəhidin adını göstərən lövhənin olduğunu deyirlər. İndi isə o lövhədən əsər-əlamət yoxdur. Geniş əraziyə malik bağça binasında abad bir otaq belə gözə dəymir. Belədirsə, burada qulluq göstərilən uşaqlar harada oturur, qidalanır, yatırlar, görəsən? Hər tərəf dağılmış, insan nəfəsindən yadırğamışdır sanki. Binanın fasadı boyunca səpələnmiş peyindən görünür ki, onun həyətindən mal-qaranı otarmaq üçün istifadə olunur. Belə fikir yarana bilərdi ki, bəlkə də, bağça fəaliyyətini dayandırıb. Kənd İcra Hakimiyyətindən soruşanda isə bəlli oldu ki, bağça işlək müəssisədir.

© Sputnik / Musa MuradliKənd sakinlərinin bulaq probleminə görə Mirzəxan-Qaraqoyunlu bələdiyyəsinin sədrinə müraciət ediblər
Kim nə deyər bizdə olan qeyrətə - bulağa ad qoyub düşdük zillətə - Sputnik Azərbaycan
Kənd sakinlərinin bulaq probleminə görə Mirzəxan-Qaraqoyunlu bələdiyyəsinin sədrinə müraciət ediblər

Şəhid ailəsini də məhz bu amil incidir. Şəhid Müşviq Musayevin adını daşıyan bağça belə olmalı deyil. Bu bağçadan kimlərsə öz mənfəətləri üçün istifadə etməməlidirlər. Yalançı adlarla uşaq siyahıları tutulmamalı, işləməyə-işləməyə hökumətin pulu mənimsənilməməlidir. Ya bağça abadlaşdırılmalı, kəndin uşaqlarına xidmət etməli, müəllimləri işə gəlib-getməli, ya da şəhidin adı buradan götürülməlidir.

Ümid edək ki, şəhidin adını daşıyan bulaq və uşaq bağçası haqqında əlaqədar təşkilatlar lazım olan tədbirləri görəcək. Ən azından, şəhidlərin ruhuna hörmət bəsləmək hər kəsin borcudur.

Xəbər lenti
0