14:25 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Qarabağ müharibəsində itkin düşən İlqar Heybətağa oğlu Heybətovun  anası

İtkin döyüşçünün yoldaşlarından anaya inanılmaz sürpriz

© Sputnik / Leyla Abdullayeva
CƏMİYYƏT
Qısa URL
939 0 0

Sputnik Azərbaycan-da itkin hərbçinin ana və bacılarının müraciətini görən döyüş yoldaşları Siyəzənə üz tutublar

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 21 iyul — Sputnik. Bir neçə ay öncə saytımızda Qarabağ müharibəsində itkin düşmüş İlqar Heybətovun anası və bacıları ilə reportaj, həmçinin videoçarx yayımlanmışdı. Orada Heybətovun anası və bacıları onun döyüş yoldaşlarına hər hansı xəbər almaq ümidi ilə müraciət etmişdilər. Nəhayət, itkin hərbiçinin yoldaşları həmin videoreportajı izləyəndən sonra Heybətovlar ailəsini ziyarət etmək üçün Siyəzən rayonunun Böyük Həmyə kəndinə üz tutublar.

Qarabağ müharibəsində itkin düşən İlqar Heybətağa oğlu Heybətovun şəkilləri
© Sputnik / Leyla Abdullayeva
Qarabağ müharibəsində itkin düşən İlqar Heybətağa oğlu Heybətovun şəkilləri

Bu barədə Sputnik Azərbaycan-a İlqar Heybətovun anası Umleyla xanım məlumat verib.

"İlk öncə Sputnik Azərbaycan saytının əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Neçə illərdir "oğlumdan bir xəbər eşidərəm" deyə gözüm yollarda qalmışdı. Siz də bu işə vəsilə oldunuz və bir gün mənə zəng gəldi. Qonşumuzun oğlu çağırıb dedi ki, İlqarın döyüş yoldaşları səni ziyarət eləməyə gəlmək istəyirlər. Onlar sənin haqqında çıxan yazını oxuyublar , videomüraciətə baxıblar və qərara alıblar ki, gəlib sənə baş çəksinlər. İnanın, o xəbəri aldığım gündən ta onların məni görməyə gəldikləri vaxta qədər gözümə yuxu getmədi. Bu, illər sonra mənim üçün çox böyük hədiyyə oldu" - deyən Umleyla xanım buna görə başda Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev olmaqla bütün kollektivə təşəkkürünü bildirib.

Umleyla xanım dediyinə görə, bir gün, evlərinin qapısı döyülüb və oğlunun döyüş yoldaşları içəri daxil olub: "Bir də gördüm qapı döyüldü və 18 nəfər həyətə girdi. Elə bil illər sonra İlqarım gəlmişdi. Onların içərisində rütbəcə İlqardan böyük olanı oğlum haqqında danışdı. Onun nə qədər ağıllı və qorxmaz olduğunu dedi. Sonra hamısı bir-bir İlqarla bağlı xatirələrini danışdı. Onlar danışdıqca mən də, qızlarım da göz yaşımızı saxlaya bilmirdik. Mən danışanda da onlar ağladılar. Onlar gedəndə bir xatirə şəkli çəkdirdik. Söz verdilər ki, tez-tez mənə baş çəkəcəklər və bizi unutmayacaqlar. O gündən sonra azda olsa, təskinlik tapmışam".

Əsas mövzular