16:39 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
139 0 0

Bir "Qarabağ" adında klubun Çempionlar Liqasına çıxması bir neçə ay ərzində aparılan mühüm təbliğat deməkdir

BAKI, 6 avqust — Sputnik. Millət vəkili Fazil Mustafa "Qarabağ" futbol klubu ilə bağlı təklif irəli sürüb. Sputnik Azərbaycan xəbər verir ki, millət vəkili bununla bağlı öz "Facebook" hesabında paylaşım edib.

"Bu gün dünyada əslində əsas brendimiz "Qarabağ' klubudur. Əminəm ki, aslanlarımız Cənubi Kiprin "APOEL" komandası ilə başabaş oynayacaq və iki oyunun nəticəsinə görə uğur qazanacaq. Sadəcə düşünürəm ki, biz dövlət olaraq bütün imkanları səfərbər edərək bu kluba ən azı iki güclü xarici futbolçu almalıydıq. Bir "Qarabağ" adında klubun Çempionlar Liqasına çıxması bir neçə ay ərzində aparılan mühüm təbliğat deməkdir. Belə fürsətləri dəyərləndirməmiz vacibdir."

Qeyd edək ki, bu il ölkəmizi Çempionlar Liqasında "Qarabağ" futbol klubu təmsil edir.

Əsas mövzular