05:15 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Sərhəddə silahlı insident, arxiv şəkli

Sərhəddə atışma, əsgərimiz yaralandı

© AR DSX-nin mətbuat xidməti .
CƏMİYYƏT
Qısa URL
398 0 0

Sərhədçi əsgər dərhal hərbi hospitala təxliyə edilərək əməliyyat olunub

BAKI, 28 iyul — Sputnik. İrandan Azərbaycana keçmək istəyən qaçaqmalçılar sərhədçilərimizə atəş açıblar. Bir əsgərimiz yaralanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, 2019-cu il  iyulun 17-də saat 22:45-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilib.

Sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Res­publikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alın­ıb.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozu­cuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.

Baş vermiş atışma zamanı sərhəd naryadının üzvü çiyin nahiyəsindən ya­ra­lanıb. Sərhədçi əsgər dərhal hərbi hospitala təxliyə edilərək əməliyyat olunub, hazırda vəziyyəti qənaətbəxşdir.

Dövlət sərhədindən narkotik vasitə keçirməyə müvəffəq ola bilməyən sər­həd pozucuları geri qaçmışlar. Ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5 kq 350 qram olan 1 ədəd bağlamada 2 kq 70 qram marixuana, 2 kq 180 qram kokos, 885 qram heroin, 215 qram tiryək aşkar olunmuşdur.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri əra­zi­yə ezam ediliblər. İran İslam Respublikasının sərhəd nümayəndəsi ilə gö­rüşülərək, hadisə yerinə birgə baxış keçirilib, aşkar olunmuş narkotik vasitələr və digər əşyalar təqdim olunub, sərhəd pozucularının müəyyən edi­lərək cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilib.

Hərbi prokurorluq ilə birlikdə hadisə ilə əlaqədar zəruri tədbirlər görülür.  Fakt üzrə cinayət işi başlanılıb.

Teqlər:
əsgər, narkotik, qaçaqmal, silahlı insident, sərhəd

Əsas mövzular